Aidlik və ünvanlılıq



Yüklə 63,71 Kb.
səhifə2/12
tarix05.01.2022
ölçüsü63,71 Kb.
#111056
1   2   3   4   5   6   7   8   9   ...   12
-2-

Giriş

Xəbər nədir ?

Ərəbcədən götürülən bu söz “ bir hadisə haqqında məlumat”, başqa deyimlə, “hər hansı olayla bağlı deyim” mənasına gəlir.

Xəbər jurnalistikanın əsasıdır. Xəbər olaydır. Amma hər olay xəbər deyil. İstənilən olayın xəbər ola biləcəyini yoxlamaq üçün üç əsas parametr mövcuddur:



1. Aidlik və ünvanlılıq: Xəbər auditoriyaya hesablanmalıdır. Xəbəri hazırlayarkən nə dərəcədə oxucunu maraqlandırdığını hesablamaq lazımdır. Məsələn: Almaniyada keçirilən prezident seçkilərinin nəticəsi öz-özlüyündə mühüm xəbər olsa da, Azərbaycan oxucusu üçün yerli bələdiyyə seçkilərinin nəticələri barədə xəbər bundan daha önəmli ola bilər. Çünki Azərbaycanda baş verən hadisələr Azərbaycan oxucusunu daha çox maraqlandırır. Beləliklə, Almaniyada prezident seçkisi xəbərini almaniyalılara, Azərbaycanda bələdiyyə seçkilərinin nəticələri xəbərini isə azərbaycanlılara ünvanlamaq daha düzgündür.

2. Lazımlılıq: Verdiyiniz informasiya lüzumludurmu? O oxucuya nə verir?

Almaniyada kimin prezident seçilməsi Azərbaycan oxucusunun qərarlarına təsir etmir, amma Ceyranbatan bələdiyyəsinə kimlərin seçilməsi bu rayonun sakinlərinin qəbul edəcəyi qərarlar üçün önəmlidir.



3. Maraqlılıq: Xəbərin maraqlı olması yuxarıdakı iki parametrin varlığından doğur. Əgər hadisə oxucuya hesablanmış və lazımdırsa, onda o, maraq doğurmalıdır.

Xəbər eyni zamanda aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

- Təsirli

- Zamanlı

- Yeni

- Münaqişəli və s.



-3-

Xəbərləri yuxarıdakı dəyərlərlə qiymətləndirəndə, yəni universal xəbər arşınının universal parametrləri ilə ölçəndə məlum olur ki, xəbərdən xəbərə fərq var. Bu fərqi emosional səviyyədə duymaq çətin deyil.

Xəbərlər xoş və ya bəd olmasına görə deyil, məhz “hərarətinə” görə iki qismə ayrılırlar: isti və soyuq xəbərlərə.

Qərb jurnalistika məktəbi qaynar və isti xəbərləri bir-birindən fərqləndirən dəqiq sərhədi müəyyən etməkdə çətinlik çəkir. Daha ümumi səslənən “hard news” – isti xəbər termininə üstünlük verir. İstər “qaynar” adlansın, istər “isti”, bu xəbər önəmli, gözlənilməz, son hadisə barəsindədir. Və o, altı əsas suala cavab verir: Kim?, Nə?, Harada?, Nə zaman?, Niyə?, Necə?. Jurnalistikanın klassik qanunu bu cür səslənsə də, çətin ki, müasir oxucunu belə xəbərlə maraqlandıra biləsən ( əlbəttə əgər qeyri-adi bir hadisə baş verməyibsə).

Buna görə də oxucunun vaxtını almadan, yormadan ona lazım olan informasiyanı vermək lazımdır.


Yüklə 63,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin