Aidlik və ünvanlılıq


-4- Xəbərdə etik normalar



Yüklə 63,71 Kb.
səhifə3/12
tarix05.01.2022
ölçüsü63,71 Kb.
#111056
1   2   3   4   5   6   7   8   9   ...   12
-4-

Xəbərdə etik normalar

Jurnalistin cəmiyyətdə yeri və mövqeyi danılmaz bir faktdır. O hamının qarşı- sında məsuliyyət daşıyır və bu hissi itirməməlidir. Jurnalistlər öz fəaliyyətini daxili məsuliyyət hissi ilə yanaşı, qanunlara, qanunvericilik aktlarına, auditoriyanın, peşə mühitinin hamı tərəfindən qəbul edilən prinsip və normalarına uyğun qurmalıdır. Jurnalist fəaliyyətində etik prinsipləri bilmək və onlara əməl etmək – oxucu, dinləyici və tamaşaçı inamı qazanmaqdır. Bu, hər hansı bir reklamdan gələn gəlirdən daha etibarlı və uzun ömürlüdür.

Jurnalistin ünvanına ən çox söylənilən ittihamlar: xəbərlərdə faktların təhrif olunması, həqiqətin gizlədilməsi, şəxsi həyata müdaxilə, şərəf və ləyaqətin alçaldılması, informasiya mənbəyinin göstərilməməsi və s.-dən ibarətdir. Jurnalist insanların şərəf və ləyaqətinə hörmət etməlidir.

KİV yarandığı vaxtdan vahid kodeksə deyil, minlərlə kodeksə, nizamnamələrə və qaydalar toplusuna istinad etmişdir. Bütün bu kodekslərə nəzər salsaq görərik ki, onları birləşdirən vahid xüsusiyyətlər vardır:



I. Kodekslərdə üstünlük verilən dəyərlər: doğruluq, həqiqilik, tərəfsizlik, obyektivlik, ictimai maraq və s.

II. Kodekslərdə tənqid olunan xüsusiyyətlər: yalan, qeyri-dəqiqlik, ədalətsizlik, şəxsi maraq, konflikt və qorxaqlıq.

Kodekslər jurnalist etikası sahəsində mövcud olan bütün problemləri həll etmək iqtidarında deyil. Jurnalist mürəkkəb etik normaları həll edərkən 3 cəhəti rəhbər tutmalıdır:



1) həqiqəti axtarmaq və onun haqqında mümkün qədər geniş məlumat vermək;


Yüklə 63,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin