Aidlik və ünvanlılıq


Qonaqpərvərliyi öyrətməyə ehtiyac yoxdur



Yüklə 63,71 Kb.
səhifə8/12
tarix05.01.2022
ölçüsü63,71 Kb.
#111056
1   ...   4   5   6   7   8   9   10   11   12
Qonaqpərvərliyi öyrətməyə ehtiyac yoxdur

Ümumiyyətlə, indi Bakıda konsert meydançaları sarıdan qıtlıq yoxdur. Belə meydançaların ən böyüyü isə 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi “Kristall Holl”dur. Avropa Oyunları dövründə bu çoxfunksiyalı kompleksin təyinatı dəyişəcək. 17 min tamaşaçı tutan “Kristal Holl”un geniş məkanı indi nəhəng bir divar vasitəsilə iki hissəyə bölünüb. Bu divar “Kristal Holl”da mümkün qədər çox idman növləri üzrə yarışlar keçirmək üçün lazımdır. Bina üç hissəyə bölünəcək və beş idman növü üzrə iştirakçıları qəbul edəcək. Bu səbəbdən, başqa obyektlərdən fərqli olaraq “Kristal Holl” bütün Avropa Oyunları müddətində açıq qalacaq.

Avropa Oyunlarının bütün yarışları Bakıda keçirilməyəcək. Avarçəkənlərin yarışlarına tamaşa etmək istəyən azarkeşlər paytaxtdan 250 kilometr məsafədə yerləşən Mingəçevir şəhərinə getməli olacaqlar. Lakin ən azı həmin yarışların keçiriləcəyi Kür çayını görmək xatirinə bu qədər yol qət etməyə dəyər. Şairlər bu çayı “Dəli Kür” adlandırırlar, Lermontov isə onu “Araqva ilə qucaqlaşaraq” axan çay kimi təsvir edir. Lakin bu sözlər Kür çayının Gürcüstan dağlarındakı məcrasına aiddir. Mingəçevirdə isə çay dumduru, zümrüd rəngindədir. Belə suda yarışmaq həqiqətən estetik ləzzətdir!

Hər hansı iri idman tədbirini uğurla keçirmək üçün təkcə infrastruktur obyektlərinin inşa edilməsi kifayət deyil. Avropa Oyunları kimi genişmiqyaslı hadisə isə bakılılar üçün, hətta “Eurovision-2012” mahnı müsabiqəsi ilə müqayisədə hələ görünməmiş məsələdir. Azərbaycan xalqı gənc xalqdır - əhalinin 60 faizdən çoxunun yaşı 30-dan aşağıdır. Buna baxmayaraq, burada çoxəsrlik



-12-

ənənələri qayğı ilə qoruyurlar. Hətta bahalı moda butiklərinin yerləşdiyi küçələrlə gəzərkən qəflətən bir tinə dönsən əsl patriarxal ab-hava duyulan həyətə düşmək olar. Axşamlar yerli “aborigenlər” həyətdə toplaşaraq rahatca çay içirlər. Mövcud adətlərə nəzakətlə riayət etmək və eyni zamanda, yeniliklər üçün maksimum açıq olmaq – Təşkilat Komitəsinin başlıca vəzifəsi yəqin ki, bundan ibarətdir və deyəsən, Komitə buna nail ola bilir. Artıq bilet satışı proqramı elan edilib. Özü də bu, çox demokratik proqramdır: ən bahalı biletlərin qiyməti 5 manatdan çox olmayacaq (bir manat 51 rubla ekvivalentdir – “Rossiyskaya qazeta”nın qeydi), uşaqlar və yaşı 16-ya qədər olan yeniyetmələr isə tribunalara pulsuz keçə biləcəklər. Bir adət var ki, onu azərbaycanlılara öyrətməyə ehtiyac yoxdur. Söhbət qonaqpərvərlikdən gedir. Bakıya gələcək idmançılar və azarkeşlər bunu tezliklə özləri yəqin edəcəklər.

X X X

Qəzetin həmin nömrəsində jurnalist Nikolay Dolqopolovun Rusiyanın birinci Avropa Oyunlarına necə hazırlaşması barədə “Miqyas Olimpiya miqyasıdır” sərlövhəli qeydləri dərc edilib. Jurnalist yazır:



“Rusiya komandasının necə formalaşması barədə Rusiya Olimpiya Komitəsinin olimpiya idman tədbirlərində iştirakın təmin edilməsi üzrə baş idarəsinin rəhbəri, professor İqor Kazikov söhbət açır.

29 idman növündə Rusiyanı təmsil edəcək 341 idmançı artıq Bakıda çıxış etmək hüququ qazanıb. Daha 19 iddiaçının may ayının ortalarına qədər lisenziya almaq şansı var. Yığma komandanın son heyəti aprelin ikinci yarısında təsdiq ediləcək.

Amma artıq indidən məlumdur ki, Olimpiya çempionları – gimnast Aliyə Mustafina, cüdoçu Mansur İsayev, bizim adlı-sanlı güləşçilərimiz, taekvondo ustalarımız, atıcılarımız birinci Avropa Oyunlarında çıxış edəcəklər. Əslində bütün idman növlərində Rusiya özünün ən yaxşı nümayəndələri ilə təmsil olunacaq.

Buna görə də velosiped idmanı, cüdo və karate növlərində seçim meyarı idmançının beynəlxalq reytinqi, digər növlərdə beynəlxalq və ümumrusiya miqyaslı yarışlar, bəzi növlərdə isə beynəlxalq və ümumrusiya miqyaslı yarışların bütöv kompleksi olacaq.




Yüklə 63,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin