Bəyə qızıl üzük hədiyyə edilməsi Əziz oxuculara məlum olduğu kimi, bir qrup adamların toy və şadlıq mərasimlərində İslam adət-ənənələrinə zidd boş və mənasız proqramlar icra olunur. Heç vaxt belə hallara yol vermək olmaz. Bir məsələni də qeyd etmək istəyirəm ki, bu proqramlarda gəlinin bəyə üzük hədiyyə etməsi ümumi bir adət şəklıini almışdır. Təssüflə qeyd etmək lazımdır ki, özünə dindar göstərilən adamlar da İslama zidd olan bu adətə qovulmuşlar. Müqəddəs İslam dininin göstərişlərinə əsasən və dinə aid böyük alimlərin risalələrində «Namaz qılanın paltarı» fəslində deyilir: «Qızıl ilə bəzənmək, üzük və qızıl zəncir (boyunbağı) taxmaq, qızıl qol saatı gəzdirmək kişilər üçün haramdır və bu şeylərlə namaz qılmaq onu batil edər». Buna görə də belə şeylərdən çəkinmək və ona qarşı mübarizə aparmaq hər bir müsalmanın borcudur.