AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə110/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   106   107   108   109   110   111   112   113   ...   151
TOY KECƏSI, TOY GÜNÜ VƏ QONAQLIQ
1. Həzrət Rza (ə) buyurur: «Elə ki, gəlini gətirdilər, alnına tökülən tükü qaldır, üzünü qibləyə tutub de: «Pərvərdigara! Mən öz əmanətimi tapdım. İzdivac qaydalarının tələbinə uyğun olaraq, onu halal elədim. İlahi, ondan mənə mübarək və kamil-sağlam bir övlad nəsib et, şeytanı övladımdan uzaq elə».

2. Əli (ə) buyurur: «Elə ki, gəlin otağa daxil oldu, kürəkən iki rükət namaz qılıb, əlini onun alnına çəksin və desin «İlahi, həyat yoldaşımı mənə, mənim həyat yoldaşıma mübarək elə. Bir halda ki, bizim evlənməyəmizə kömək eləmisən, bizim həyatımızı xoşbəxt və mübarək elə! Əgər iş ayrılıqla nəticələnsə, bu ayrılıqda da bizə xeyir və yaxşılıq qismət elə».

3. Cabir deyir: «Elə ki, Peyqəmbər (s) Fatimənin (ə) Əliyə (ə) kəbinini kəsdi, dünyapərəstlərdən bir çoxu buna etiraz etdi ki, Siz öz qızınızı çox ucuz bir mərhələ Əliyə (ə) verdiniz». Həzrət cavab verdi: «Bu nigah mənim ixtiyarımda deyildi, Allah özü Zəhranın kəbinini Əliyə kəsmişdi».

4. İmam Baqir (ə) özünün Meysər adlı birinə buyurmuşdur: «Ey Meysər! Toyu gecə elə, Allah gecəni sakitlik üçün yaratmışdır. Gecə hər hansı bir işin dalınca getmə, çünki gecə qaranlıqdır. Ancaq bir dostun, ya ehtiyacını ödəmək üçün hərəkət elə! Çünki sənin dostunun və möhtac olan adamın gecə vaxtı (sənin boynunda) böyük haqqı olacaqdır. (Çünki bu zaman sənə olunan müraciətin ehtiyac və çətinliklər üzündən olunduğu göstərilir)».

5. Həzrət Sadiq (ə) buyurur: «Gəlini ərinin evinə gecə aparın və qonaqlığı gündüz verin!»

6. Həzrət Rza (ə) buyurur: «Toy gecəsi Peyqəmbərin (s) sünnələrindəndir; çünki bu gecəni Allah rahatlığı əsası-mayası kimi müəyyən etmişdir və qadın özü də könül xoşluğu üçündür».

7. Həzrət Rəsulullah (ə) buyurur: «Gecəni səhərə qədər ayıq olmaq üç məqamdan başqa heç vaxt rəva deyildir: 1. Quran tilavəti zamanı, elm öyrənmək vaxtı, gəlini kürəkən evinə aparan zaman!»

8. Həzrət Əli (ə) buyurur: «Əgər bir kəsdən bir ehtiyacınız varsa, dalınca gündüz gedin. Çünki Allah həya hissini gözdə qərarv vermişdir. (Üzbəüz gəldikdə həya onun ehtiyacını rədd etməyə mane olur); əgər bir qadını evinizə gətirmək istəyirsizsə, bunu toy gecəsi edin. Çünki Allah gecəni rahatlıq üçün yaratmışdır».

9. Səkkizinci İmam buyurub: «Allah-təala gecəni və ər-arvadı könül rahatlığı üçün yaratmışdır. Toy gecəsi və gündüz qonaqlığı Həzrət Peyqəmbərin sünnələrindəndir».

10. Cabir ibn Əbdullah deyir: «Həzrəti Zəhranın (ə) toy gecəsi Peyqəmbər (s), Əlini (ə) çağırdı, sol tərəfində oturtdu. Sonra onların başını bir-birinə yaxınlaşdırdı: sonra hər üçü ayağa durdu və Əlinin (ə) mənzilinə doğru hərəkət elədilər. Cəbrail mələklər arasından «təkbir» səsini ucaltdı. Peyqəmbər (s) və müsalmanlar da «təkbir» dedilər. Və bu ilk təkbir idi ki, toy gecəsi söylənilmişdi və bir İslam adətinin mənbəyi olmuşdur».

11. Peyqəmbər (s) göstəriş verdi: «Əbdül-Mütəlibin qızları, mühacir qadınlar və ənsarlar Həzrət Zəhranın (ə) ardınca hərəkət etsinlər, sevinsinlər, şer oxusunlar, «Əllahu-Əkbər» və «Əlhəmdulillah» desinlər, Allahın bəyənmədiyi və razı olmadığı bir sözü deməsinlər».

Bu gün bir çox ölkələrdə belə bir adət var ki, mümkün qədər eyş-işrət, mahnı, musiqi, şərab, qumar və s. ilə həyata keçirilən toy günlərində qadın və kişi bir-biri ilə elə qaynayıb-qarışır ki, məhrəm naməhrəmdən, özününki özgədən ayırılmır. Burada günah və müsibətlər hədd və sərhəd tanımayacaq qədərdir. Amma Allaha və qiyamət gününə veriləcək cəzalara inanan adamlar əqlə və dinə zidd olan bu bcərimələrdən (günahlardan) ciddi sürətdə çəkinməlidirlər, özləri üçün, ailələri üçün axirət dünyasının əzablarını satın almamalıdırlar. Bilsinlər ki, Allahın göstəriş və hidayətlırinin çoxlarına söykənməyin, etinasızlıq göstərilən işlərin xeyir və bərəkəti yoxdur. Allah və Peyqəmbərə qarşı «müharibə» ilə başlayan izdivac xoşbəxt və mübarək ola bilməz.

12. Peyqəmbər (s) buyurur: «Toy məclisində iştirak etməyə tələsməyin, çünki o, sizin diqqətinizi dünyaya cəlb edir. Ancaq dəfn mərasiminə getməyə tələsin, çünki axirəti səzə xatırladır!»


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin