Nümunə olan qadının zifaf gecəsi
İslamın nümunəvi qadını Fatimənin zifaf gecəsi gəlib yetişdi. Peyqəmbər göstəriş verdi: «Ya Ümmü Sələmə, qızımı gətirin». Bu barədə Ümmü Sələmə belə nəql edir: «Fatiməni Peyqəmbərin hüzuruna gətirdim. Abır və həyadan tər tökən Fatimə o Həzrətin qarşısında dayandı. Əmirəl-möminin Əli isə digər tərəfdə dayandı. O böyük Peyqəmbər gözlənilmədən qızının ay üzünü Həzrət Əli üçün açdı. O Məsum bəy məsum gəlinin rüxsarına tamaşa etdi. Sonra Peyqəmbər Zəhranın əlindən tutub onu Əlinin əlinə təqdim etdi! Onun mübarək dili dua etməyə başladı: «Ya Əli! Allah Peyqəmbərin qızından sənə bərəkət versin. Sənin necədə gözəl və ləyaqətli ömür-gün yoldaşın vardır. Fatimə necədə həyalı və gözəldir». Sonra o, Zəhraya xitabən buyurdu: «Sənin ərin Əli necə ali bir şəxsdir». Bundan sonra o Həzrət zifaf otağını tərk edib Ulu Tanrının və Rəsulunun əmanətini əmanət sahibinə təhvil verdi».
Həzrət Əli və Fatimə zifaf gecəsini eşq, məhəbbət, Allaha ibadət və dua ilə sona çatdırdılar. Səhərisi o Həzrət əlində bir kasa süd dübarə onların yanına gəldi və buyurdu: «Ey əziz qızım Fatimə, ey möhtərəm kürəkənim Əli, gəlin süddən için. Peyqəmbər sizə fəda olsun!!!»
Əsma bint Ubeys digər bir hədisdə belə söyləyir: «Həzrət Əli və Fatimənin zifaf gecəsi sona Həzrət Zəhranın atası ilə dübarə görüşdü, söhbət əsasında dedi: «Atacan, kecən gecə Əmirəl-möminini qeyri-adi bir halda gördüm. O yerlə (torpaqla) danışırdı. Mən torpağın da səsini eşitdirdim ki, Əli ilə söhbət edir». Bu sözləri eşidən Peyqəmbər alnını yerə qoydu. Allaha şükür və dua edib buyurdu: «Qızım, bu sənin ərini başqalarından üstün qərar vermiş və əmr etmişdir ki, torpaq onunla danışsın və Şərqdən Qərbə qədər onun üzərində nələr baş verirsə Əli ondan xəbərdar olsun!»
Əli ilə Zəhranın zifaf gecəsinin unudulmaz xatirəsi bəşər tarixində heyrətamiz bir gecə olmuşdur. Çünki Əli ilə Fatimə çox abır-həya və vuqarla eyni halda misli olmayan eşq-məhəbbətlə oturub-dururlar. Peyqəmbər o gözəl qızının rüxsarını kürəkəninə göstərir və qadının ərinə qarşı itaət rəmzi olaraq onun əlini Əlinin əli üstünə qoyur! Hər ikisini bağrına basır. Özü şəxsən zifaf otağına gəlir. Hətta kürəkən və gəlinlə zarafat da edir. Zifafdan sonra onlara yemək-süd aparmış və onlara «Sizə fəda olum» demişdir.
Əsirlər boyu min illərlə bir vaxt keçdikdən sonra belə bir unudulmaz xatirəyə rast gəlmək olarmı?!
Dostları ilə paylaş: |