AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə12/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   8   9   10   11   12   13   14   15   ...   151
İZDIVAC RUZİNİ ARTIRIR
Peyqəmbər (s) buyurur: «Qadın alın k, sizin ruziniz artsın»

QEYD: Evlənməklə ruzinin artmasının iki yolu var:

1. Allahın verdiyi vədəyə uyğun olaraq, tərəflər üçün Allahın qeybi köməkləri, izdivac, həyat davam etdirmək, qadınla kişinin rahatlığı, gümrahlıq, gələçəyi düşünmək hissi, ailə ocağını təşkil etmək, evin büdcə ehtiyaclarını duymaq, xərclərə nəzarət, dolanışılıq vəsaitləri hazırlamaq, israfcılıq və əlavə xərclərdən çəkinmək üçün bir vasitədir və bunun nəticəsində ailənin həyat şəraitini təmin olunur və ehtiyacları həll olunur. Bu, təbii bir işdir.

2. Kasıblığın qorxusundan evlənməyən adam Allahdan bədgümün olmuş olur. Allah buyurmuşdur: «Əgər kişilər kasıb olsalar, Allah öz fəziləti vvvə kəraməti ilə onu ehtiyacdan qurtarar».

3. «Ruzinin artırması üçün evlənin qadın bərəkət sahibidir».

4. İsaq ibni Əmmar deyir; «Həzrət Cəfər Sadiq (ə) ərz etdim: «Camaat danışır ki, bir şəxs Allah elcisinin hüzüründa yoxsulluqdan şikayət etdi. Həzrət Mühəmməd (s) buyurdu: «Evlən!» İkinci dəfə şikayətləndi. Yenə buyurdu: «Evlən!» Bu sözü üç dəfə təkrar etdi. Bu hədis düzgün hədisdir?» Həzrət İmam Cəfər Sadiq (ə) buyurub: «Bəli, düzgün hədisdir. Ruzi qadın və övladla yol yoldaşıdır».

5. Həzrət Cəfər Sadiq (ə) buyurub: «Bir kişi Peyqəmbər (s) hüzurunda yoxsulluqdan gileyləndi. Həzrət Mühəmməd (s) buyurudu: «Evlən!» O, getdi və evləndi. Ruzi qapıları onun üzünə acıldı».

6. Yenə də altıncı İmam buyurur: «Bir cavan ənsar Peyqəmbərin (s) yanında kasıbcılıqdan fəryad elədi. Həzrət Mühəmməd (s) buyurudu: «Evlən!» O cavan dedi: «Mən ehtiyac içində olduğumu ikinci dəfə Peyqəmbərə söyləməkdən utanıram».

Ənsarlardan biri (Mədinə müsalmanlarından) onunla görüşüb söylədi: «Mənim həddi-buluğa çatmış bir qızım var. Onunla evlənə bilərsən!». Cavan ənsarın qızı ilə izdivac etdi və Allah onun işlərini yaxınlaşdırdı. Bir gün o, Allah elcisinin yanına gəlib əhvalatı ona danışdı. Həzrət Mühəmməd (s) buyurudu: «Ey cavanlar! Evlənin!»

7. Həzrət Peyqəmbər (s) buyurur: «Ruzini evlənmək ilə əldə edin!»

8. Peyqəmbər (s) buyurur: «Ey cavanlar! Hər biriniz bacarırsınızsa, evlənin! Əgər bu işi bacarmırsınızsa, müntəzəm oruc tutun ki, şəhvətiniz azlsın!»



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin