AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu


CINSI ƏLAQƏNIN MÜNASIB VAXT VƏ SAATI



Yüklə 1,14 Mb.
səhifə127/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   123   124   125   126   127   128   129   130   ...   151
CINSI ƏLAQƏNIN MÜNASIB VAXT VƏ SAATI
Əgər bəy və gəlin, bütün evli kişilər və qadınlar evlənmək proqramalrını başa düşdükdən planlaşdırıb xoş və şirin xəlvət anlarını İslami göstərişlərə uyğun şəkildə qurmuş olsalar, hüç bir çətinliklə üzləşməz və onlar sağlam-ağıllı övlad sahibi olarlar.

İslam rəvayətlərini nəzərdən keçirib zifaf gecəsi xəlvət qalmaq üçün münasib vaxt və saatları və cinsi əlaqəyə təhrik edən amilləri əziz oxuculara təqdim edirik:

1. Yad qadınları görərkən baş verən cinsi istək.

2. Ər öz arvadının cinsi əlaqəyə olan meylini hiss edir. Onun bu işdən imtina etməsi qadının narahat olmasına gətirib çıxarır.

3. Həftənin 1-ci günü.

4. Həftənin 2-ci günü.

5. Həftənin 4-ci günü.

6. 4-ci gün günbatandan vaxtı.

7. Cümə günü, xüsusilə əsr namazından sonra.

8. Mübarək Ramazan ayının birinci gecəsi.

9. Cinsi yağınlığın təharət və yuyunmaqla icra edilməsi müstəhəbdir (məqsədəuyğundur). Bu məsələ hamilə qadınlara çox aiddir.

1. Peyqəmbər (s) cümə günü əshabələrindən birinə belə buyurdur: «Bu gün oruc tutmusanmı?» Həmin şəxs dedi: «Xeyr». Peyqəmbər (s) soruşdu: «Sədəqə vermisən?» Dedi: «Xeyr». Həzrət buyurdu: «Bu saat arvadının yanına get və sənin onunla yaxınlığın onun üçün ehsandır».

2. Peyqəmbər (s) bir hədisdə belə buyurur: «Ya Əli, 1-ci gün yaxınlıq etmək sənə qismət olsun. Çünki həmin gecə sənə qismət olan övlad Quranı əzbər bilər və ilahi qismətə öz razılığını bildirər.

Əgər 2-ci gün cinsi əlaqədə olsan və sənə övlad qismət olsa, o, şəhadət savabı qazanar və Allah onu müşriklərin əzabına düçar etməz. Onun ağzı bütöv və təmiz, mehriban, günahsız və doğru danışan olar.

Ya Əli, 4-cü gün arvadınla yaxınlıq etmiş olsan və Allah sənə övlad əta etsə o, alim və həkim olar. 4-cü gün günəş qurub edərkən yaxınlıq etsə şeytan dünyaya gəlimiş övladına yaxınlaşa bilməz. O bilikli alim olar və dünyadan faydalanar.

Ya Əli, arvadınla cümə gün əlaqədə olsan, dünyaya gəlmiş övladın natiq və gözəl danışan olar. Cümə günü axşam yaxınlıq etmiş olsan övladın məşhur şəxsiyyət olar. Cümə gecəsi işa namazından sonra dünyaya gələn övlad Allahın böyük və tayı-bərabəri olmayan bəndəsi olar. İnşallah».



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin