İzdivac, müqəddəs ailə həyatı
Bütün oğlan və qızlar müəyyən yaş həddinə çatdıqda sevib-sevilməyə, ailə qurmağa özlərində ehtiyac duyurlar. Bu, təbii və cinsi zəruriyyətdən irəli gələn fitri bir haldır ki, bütün insanların (onlara heç bir təlqin və təlim keçmədən) daxili aləmində vücuda gəlir.
Cinsi ehtiyacı ödəməyin üç yolu var:
1. Narkotik maddələr və bu kimi insan mənəviyyatına böyük ziyan vuran və insan şəxsiyyətini alcadan məstedici maddələr.
2. Zinakarlığa, faişəliyə uymaq.
3. Evlənmək, müqəddəs ailə həyatı qurmaqla İlahi hökmə əncam vermək.
Birinci yolu aqil insanlar məhküm edir və batil hesab edirlər. Çünki bilə-bilə özlərini şikəst edən insanlar Allahın fərmanından boyun qaçırır, tərkidünyalığa və bədbinliyə düşmənklə özlərini günaha batırırlar. İzdivac dövrü insanın gənclik illərinə təsadüf etdiyindən bu dövr şəxsiyyətin formalaşa, təkamül prosesi nəticəsində eşq kimi şirin gözəl bir duyğunun çiçəklənən və ətir saçan bir dövrüdür. İlahidən gələn belə gözəl duyğulardan gönüllü olaraq imtina etmək sağlam ağıl sahiblərinin işi deyil.
Ikinci yol fəsadı və zərərli cəhətləri şübhə yox ki, birinci yolda olan insanlardan daha çoxdur. İnsanləyaqətini, mənəviyyatını ləkələyən və alcaldan bu cür adamlar təkcə özlərinə yox, həmcinin İslam əxlaqına və mədəniyyətinə həddən ziyadə ziyan vururlar.
Bu cür fasiq və günah işlərlə tərbiyyəsini pozmaqla böyük fəlakətlərə səbəb olurlar. İnsan əqli və dərrakəsi bir cür cirkin hərəkərləri qəbul etməz və onunla barışmazdır. Çünki belə çirkin içlərə aludə olan şəxslər şərəfsiz insanlardır və daimə fəsad törətməkdən çəkinməzlər. Çox təssüf ki, bir çox adamlar, bu cür pis və xətərli yola düşürlər. Iş o yerə çatıb ki, Qərb və Avropa ölkələrində biqeyrətliyi və bihəyalığı özlərinə şərəf sayır, kişilər öz məşuqələrinin sayı ilə, qadınlar iəs aşnalarının çox olmağı ilə fəxr edirlər. Bu ölkələrdə əxlaqsızlıq o həddə şatıb ki, kişilər ləvatlıqla məşğul olurlar, əhalinin əksəriyyəti zina, əyyaşlıq və bu kimi fasiq işlərdən kənarda qalmırlar.
Həya və ismət o dərəcədə aradan gedib ki, İngitərədə bir neçə il bundan qabaq Böyük Britaniyanın ali, qanunverici məclisi olan Lordlar palatası levatiliyi sənədləşdirilmiş və qanuni hesab etmişlər. («Təfsirəl-mizan» cild 4, səh. 197-198)
İnsanın əxlaqına zidd olan çirkin işlər Amerikada da dərin kök salıb və təşəkkül tapmaqdadır. Belə ki, ABŞ-da eyni cinsdən olan iki «ailə qurması» azad hesab olunur.
Özünüz mülahizə edin və görün ki, bu kimi «sivilizasiyalı» ölkələrdə insan mənəviyyatı necə suquta yetir.
Dostları ilə paylaş: |