İmamların nəzərinə görə müvəqqəti evlənməyin qadağan olunduğu hallar
İslami hədislərin araşdırılması göstərir ki, müvəqqəti evlənmək bəzi hallarda daimi evlənməyə bərabər tutulduğu kimi bir çox hallarda isə bir qrup insanlar üçün qadağan edilir. Belə işlər törətmiş şəxslər fasiq və fəsad admlar hesab olunur.
İndi isə nümunə üçün bu sahədə yazılmış rəvayətlərdən bir neçəsini nəzərinizə çatdırırıq:
İmam Musa ibn Cəfərin yaxın dostlarından olan Əliyibni Yəqtin müvəqqəti evlənmə barəsində o Həzrət sual etdi. O Həzrət qəzəb və narahatlıqla bildirdi: «Sənin bu məsələyə nə dəxlin var? Allah-Təala sənə daim həyat yoldaşı verməklə belə işlərdən azad etmişdir».
Göründüyü kimi, Həzrət İmam Musa ibn Cəfərin evli şəxslərin müvəqqəti evlənmək haqqında düşünməsindən narahatlıqü hissi keçirir və belə şəxsləri danlayır.
İmam Sadiqin ləyaqətli və dahi tələbələrindən biri olan Müfəzzəl ibni Ömər deyir: «O Həzrətin belə ərz etdiyini eşitdim ki, buyurur: «Müvəqqəti evlənməkdən çəkinin. Xəcalət çəkmirsiniz ki, sizlərdən biriniz gülünc vəziyyə düşüb ittihamlara məruz qalarsınız. Bununla laiqli dost və qardaşlarınıza ləkə vurarsınız».
Diqqətə laiq haldır ki, müvəqqəti evlənmə Allahın və Peyqəmbərin qoyduğu qaydadır. Bu fəslin başlanğıcında qeyd edildiyi kimi, bu məsələyə dəfələrlə təkid edilib. Ancaq bu məsələ səbəb və ehtiyac olmadan qadının, həyat yoldaşının huquqlarına toxunub əyyaşılq məqsədilə ediləcəksə qadağandır.
Bu barədə olan bir hədisdə ravi deyir: «İmam Kazımdan (ə) soruşdum: Müvəqqəti evlənməyin hökmü nədir? O Həzrət buyurur: «Bu müqəddəs əmr subay cavanlar üçün mübahdır. Evli şəxslər üçün o vaxt halal ola bilər ki, həyat yoldaşları onlardan uzaq düşüb».
Dostları ilə paylaş: |