AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu


İzdivaca girməməyin mənfi cəhətləri



Yüklə 1,14 Mb.
səhifə15/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   11   12   13   14   15   16   17   18   ...   151
İzdivaca girməməyin mənfi cəhətləri
İzdivac baxmayaraq ki, müstəhəbbi bir əməldir, lakin insan iztirabdan, məsiyyətdən və günahda batmaqdan yaxa qurtarmaq istəyirsə, vacibdir ki, evlənsin, ailə qursun. Bununla da narahtlıqdan və haram işlərdən nicat tapsın.

Məsum İmamlarmızdan da müqəddəs ailə quruculuğunu ilahi bir qanun, Peyqəmbərin (s) ümmətinin şərəfli vəzifələrindən bir sanır, mücərrəd, ailəsiz insanları isə dünyada ən pis adamlar və şeytanın qardaşları hesab edirlər.

Bütün bu hədis və rəvayətlərdən belə qənaətə gəlmək olar ki, izdivacsız, mücərrəd yaşayan kəs həyatda bədbin, məsiətkar və şeytanla həmkarlıq edənlərdən olar. Bu cür adamlar xalq tərəfidən pislənir və onlara pis gözlə baxırlar. Hətta vaxtında evlənməyən şəxslər həyata cürbəcür xəstəliklərə, məhrumiyyətlərə və əzab-əziyyətə ducar olur, həyatın mənasını dərk etmir, ondan bəhrə götürmür, ailə, oğul-uşaq sahibi olmaq kimi gözəl həyati duyğulardan məhrum olur.

Bütün hallarda uzun illərin təcrübəsi sübuta yetirir ki, evlənmək, ailə qurmaq tək, subay qalmaqdan olduqca mənfəətli və faydalı olur.

Necə ki, Qurani-şərifdə və hədis xəbərlərində izdivacın əhəmiyyəti və faydaları haqqında mülahizələr yürüdülür və tövsiyələr olunur. Eləcə də İslamın görkəmli xadimləri və müctəhidlər daha çox əhəmiyyət verərək izdivacın mahiyyətini və əsil səmərəsini, təbiiləzətlərdən faydalanmaqdan savayı sağlam və tərbiyəli övlad yetişdirmək, kişi ilə qadın arasında ülvi duyğularda və axirəti qazanmaqda görürlər.

Rəsuli-Xuda (s) hədis-şəriflərində buyurur: «Pak və xoşxislətli qadınlarla izdivac edin, lakin gözəl üzlü nazaninlərlə izdivac etməkdən ehtiyat edin, lakin gözəl üzlü nazaninlərlə izdivac etməkdən ehtiyat edin, çünki qiyamət günü mən ümmətimin camalına yox, kəmalına diqqət edəcəyəm».

Həzrət Əli (ə) Həzrət Peyqəmbər- Əkrəmdən (s) nəql edərək buyurur: «Hər kim istəyir ki, mənim ayinlərimə tabe olsun, bilsin ki, izdivac mənim ayinlərimin bir hissəsidir. Səy edin ki, izdivac vasitəsi ilə övlad sahibi olasız, çünki mən sair ümmətlərə nisbət, öz ümmətimin çoxluğu ilə fərəhlənəcəyəm».

Bununla da biz belə nəticəyə gəlirik ki, izdivac İslamın müqəddəs, şəri hökmlərinə uyğun hərəkət edərək sağlam nəsil tərbiyə edib böyütmək, cəmiyyətə İslam əxlaqına zidd olan nalayiq hərəkətlərə yol verməmək, pis yola sürüklənən adamları getdikləri batil yoldan qaytarmaq, onları günah işlər görməkdən çəkindirməkdir.

Hər bir müsalman çalışmalıdır ki, izdivac mərasimlərində İslam qaydalarına zidd olan eybəcər adət-ənənələrə yol verməsin.

Hər bir ata-ananın müqəddəs borcudur ki, özlərində məsuliyyət dərk edib öz övladlarını erkən yaşlarından İslami göstərişlərə uyğun olaraq izdivac üçün lazım olan hər bir tədarükü görsünlər.

Rəsuli-Xuda (s) buyurur: «Hər kimin izdivac həddinə çatmış övladı olmuş olsa, onun ümdə vəzifəsi odur ki, izdivaca lazım olan hər bir şeyi tədarük görsün. Əgər bu mübarək işə əncam verməyi üzündfən övlad günah iş görsə, ata-ana bilməlidirlər ki, onlar da günaha şərikdirlər.

Allah-Tala bütün məhtərəm valideynlərə belə müqəddəs bir işi öz övladlarına təşviq və rəğbət qazandırmaqda tovfiq inayət əta etsin.



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin