AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu


İzdivacaın dünyəvi və axirəvi mahiyyətləri



Yüklə 1,14 Mb.
səhifə16/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   12   13   14   15   16   17   18   19   ...   151
İzdivacaın dünyəvi və axirəvi mahiyyətləri
Nəzərə alsaq ki, izdivac ilahi qanun, Peyqəmbər (s) ayini və dini təklifdir, şübhə yox ki, o səmərəli və faydalı olmalıdır.

Ilahi əmirləri və İslam göstərişləri dönmədən həyata keçirən məsum İmamlarımız izdivaca girib ailə səadətinə yetdikdən sonra ictimaiyyəti də hidayət etməyə, onlara rəhbərlik etməyə özlərini məsuliyyətli biliblər. Çünki mücərrəd adamlar ictimaiyyət arasında etibarsız və məsuliyyətsiz olurlar və xalqıbn problemlərini, dərdi-sərini anlamaz, dərk etməzlər. Adətən bu cür insanlar cəmiyyətə qarşı laqeyd və etinasız olurlar. Faydalı işlərdən əli elə soyuyar ki, hətta səhərlər öz yatalarından da qalxmaq istəməzlər. Bu cür adamlar başqalarının nailiyyətlərinə həsəd aparar və pis yola getməkdən də çəkinməzlər. Məsələn, bir çoxları evlənib oğul-uşaq sahibi olarkən onun təbiətində bir canlanma baş verir, ictimai həyatda rolu və fəaliyyəti artır. Dünən günortayadək yatağından durmaq istəmiyən şəxs gecələr gec yatır, səhərlər isə erkən duraraq ailə qayğısı və dərd-səri ilə məşğul olur. Məhz belə halda həyatın mənasını dərk edir, yaşayıb-yaratmaq eşqi onun ruhunda gün-gündən təşəkkül tapır və inkişaf edir. Eyni zamanda ətrafındakıların da hörmətini qazanır başı ailə qayğısı ilə qarışır və pis yola getməkdən çəkinir. Əgər cəmiyyətdə bəzi hadisələr onu narahat etsə də ailəyə pənah aparır.

Beləliklə izdivaca girmək, möhkəm ailə təməli qurmaqla insan xeyir-bərəkətə və əmin-amanlığa nail olur.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin