AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə18/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   14   15   16   17   18   19   20   21   ...   151
İZDIVAC ƏRƏFƏSİNDƏ TANIŞLIQ
1. Oğlan barəsində tanışlıq elə olmalıdır ki, qızın arzu etdiyi sifətlərin (xasiyyəti, peşə və ya xarici görkəmi) həmin oğlanda olub-olmamağına diqqət yetirmək lazımdır.
Qız barəsində tanışlıq
Gəlin secməyə gəldikdə insanlar mühüm bir məsələyə daha çox diqqət yetirərlər, cəhd edərlər ki, oğlan gələcək zövcəsinin üzünü görsün və adətən qızın zahiri görkəminə daha çox diqqət yetirirlər.

Rəvayətlərdə varid olub ki: - «Öz övladlarınıza laiq həyat yoldaşı seçin, gəlin gətirəcəyiniz qızın əslnəcabətinə diqqət yetirin. Məsəl var deyərlər: «Oğlan dayısına, qız bibisinə oxşayar».

İmam Sadiq (ə) evlənmək niyyətində olan əshablarından bir nəfərin izdivac haqqında verdiyi sualabelə cavab verir: «Bax, gör kimi öz ocağının üstünə gətirirsən, kimi öz malına şərik edirsən, öz dininə və sirrinə kimi agsh edirsən? Bəs, əgər naçar evlənmək niyyətində olsan, heç olmasa bakirə bir qız seç ki, nəcabətli və xoş əxlaqlı olsun».

İmam Sadiq (ə) buyurur: «Qadın boyunbağı timsalındadır, bax gör nəyi boynuna salırsan?»

İmam Saccad (ə) buyurur: «Hərgah sizlərdən hər hansı biriniz evlənmək fikrinə düşsə, qızın camalı ilə maraqlandığınız kimi saçı ilə məraqlanın, çünki saç qızın gözəlliyinin yarısı deməkdir.

Rəsuli-Xuda (s) izdivac məqsədi iləbir nəfər qadını elçiliyə göndərir və ona tapşırılır ki, qızın boynundan iyləsin, əgər boynunda xoş qoxu varsa, qadın xoşətirli və pak olur. Bir də ayağının üstünə baxsın..».

Mühəmməd ibn Müslim rəvayət edir ki, İmam Baqirdən (ə) soruşdum: «Əgər bir şəxs evlənmək istəyirsə o, istədiyi qızın üzünə baxa bilərmi?» Həzrət cavabında dedi: «Bəli, baxa bilər, çünki onu çox baha qiymətə alır».

Zövcə seçərkən qıza baxmağın şərtləri:

O şəxs ki, evlənmək istəyir istədiyi qıza baxa bilər, bu şərtlə ki:

a) Ləzət almaq məqsədi olmasın;

b) Etimal edə ki, üzünə baxmaqla o qadını daha yaxşı tanıya bilər;

c) Elçi gedən vaxtı; o, şərtlə ki, izdivac o qadına caiz olsun, nəinki ərdə və ya «ildə»(* «ildə»-şəriətlə ərə getmək istəyən dul və ya ərindən ayrılmış qadınlar üçün qadağan müddətidir. Bu müddət dul qadınlar üçün 4 ay 10 gün, hamilə qadınlar üçün hamiləlikdən azad olunadək, ərindən ayrılmış qadınlar üçün isə 3 aydır) halında olsun;

ç) Qızın (qadının) o şəxslə izdivaca girməsi etimal versin;

d) Bir necə qadının arasında öz istədiyi qıza baxmaq caiz deyil;

e) Əgər qıza izdiva məqsədi ilə bir dəfə baxmaqla onda agahlıq hasil olmayıbsa, caizdir ki, öz baxışını bir də təkrar etsin.
Diqqət:
Əldə olan təcrübələrə əsasən belə nəticəyə gəlmək olar ki, ailədə ər və ərvad arasında münaqişə və ya ailənin əsla dağılmasına səbəb nigah bağlamaqdan əvvəl bir-birini kifayət qədər tanımamaqları və ya onları evləndirən valideynlərin səriştəsizliyi və ya məsuliyyətsizliyi üzündən ortaya çıxır.

Buna görə də ailə qurmazdan əvvəl bu cür həyati məsələyə tam ciddiliklə və məsuliyyətlə yaşayıb iki ailə arasında tədqiqat aparıb biri-digərini yaxşı tanımaq, oğlanla qızın bir-birini həqiqi mənada sevməklərini xasiyyət cəhətdən bir-biri ilə uyuşmaqlarını tam mənada öyrənmək lazımdır. Çünki belə bir məqamda insan həyatında ilk dəfə yol verilən səhv axırıncı və islahı bir daha mümkün olmayan səhv ola bilər.



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin