AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə19/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   15   16   17   18   19   20   21   22   ...   151
Qadın ləyaqəti
İnsanın səadəti və xobəxtliyindən biri xanımının ləyaqətili, xoşxasiyyət və ismətli olmasıdır. Rəsuli-Əkrəm (s) buyurur: «İnsanın xoşbəxtliyi onun zövcəsinin xoşxislət və ləyaqətli olmasıdır».

İslam baxımından evlənmək, ailə qurmaq istəyən hər hansı bir kişi və ya qadın bir sıra keyfiyyətlərə və xüsusiyətlərə malik olmalıdırlar. O cümlədən:

Ləyaqətli qadının xüsusiyyətləri:

1. İslam Peyqəmbərin (s) nəzərində ləyaqətli qadın o kəsdir ki, o xoşxasiyyətli, nəzakətli ailə başçısına, ərinə qarşı həssas və onun itaətində olsun, ailədə olanların hörmət və etiramını qazanmış olsun, səliqəli, təmizkar, ev quiran və nəsil verən olsun. Çətin şəraitdə səbirli və təmkinli olsun.

2. Həzrət Əli (ə) buyurub: «Dörd xislət hər kimdə olsa, dünya və axirətdə xeyir tapar».

Bu xislətdən biri həyat yoldaşının ləyaqətli və xoşxasiyyətli olmasıdır. Bu cür övrət öz ərlərinin üzünü dünya və axirətdə ağ edər.

3. Rəsuli-Xuda (s) buyurur: «Sizin qadınlarınızdan ən yaxşıları Qureyş və seyyidə olanlardır, çünki onlar öz ərlərinə həddən ziyadə lütf göstərirlər, öz övladlarına daha çox mehriban olurlar, evdarlığa gəldikdə isə öz ərləri ilə təmkin və səmimiyyətlə rəftar edirlər və kənar şəxslərdən öz həya-abırlarını gözləyirlər.

Mərhum Şeyx Hürr Amili bu və digər hədisə istinadən buyurur: «Qureyş qadınları və seyyidlərlə izdivac müstəhəbdir».

4. Rəsuli-Əkrəm (s) buyurur: «Dörd xislət hər kimdə olsa, dünya və axirətdə xeyir tapar».

Bu xüsuyyətlərdən biri həyat yoldaşının ləyaqətli və xoşxasiyyətli olmasıdır. Bu cür övrət öz ərlərinin üzünü dünya və axirətdə ağ edər.

İmam Sadiq (ə) buyurur: «Sizin qadınlarınızdan ən yaxşıları onlardır ki, öz əri ilə təmasda olduğu anlarda həya pərdəsini üzündən götürsün, libası əyininə geydikdən sonra həya pərdəsini də üzünə çəksin».

6. İmam Baqir (ə) buyurur: «Bir kişi Rəsuli-Əkrəmin xidmətinə təşrif gətirdi, evlənməkdən ötrü ondan məsləhət və icazə istədi. Həzrət Peyqəmbər (s) ona buyurur: «Bəli, evlən, amma dindar qızla evlən»

7. Peyqəmbər-Əkrəm (s) buyurur: «Heç bir müsalman İslamdan qeyri millətdən fayda görməyib o mənada müsalman qadının üzünə baxıb sevindiyi kimi sevinsin, ona bir söz deyəndə sözünə qulaq asmış olsun, əri yanında olmayanda onun malını qorumuş olsun».

8. İmam Sadiq (ə) buyurur: «Sizn xanımlarınızdan ən yaxşı o qadındır ki, xoşxislət olsun və cinsi rəğbəti ərinə qarşı daha çox olsun».

9. Yenə o Həzrət buyurur: «Gözəl sürətli və gözəl xislətli dünya qadınları, behişt hürilərindən də üstündür»

10. Həzrət Əli (ə) buyurur: «Xoşrəftar qadın ailədə asyişin rəmzidir».

11. Müstəhəbdir ki, qız seçəndə nəcib, xeyirxah, iri gözləri, xoş qoxulu, gözəl üzlü, qalın saçlı, həyalı bir qız olsun və ata-anası fasiq işlərdə məşqul olmamış olsun.

12. O qız ki, nəcib və xeyirxaq deyil, onunla ailə qurmaq məkruhdur.

Mərhum Şeyx Hürr Amili bir neçə hədisdə istinadən buyurur ki: «Gülərüz, xoş sima və qalın hörükləri olan qızla evlənmək müstəhəbdir».

Ləyaqətsiz qadının xüsusiyyətləri:

Rəsuli-Əkrəmin nəzərində ləyaqətsiz qadın o qadındır ki:

1. Ailə üzvlərinin arasında hörməti yoxdur. Ərinə qarşı kobud və laqeyddir. Kin-küdrətli və davakrdır. Ərinin itaətində deyil. Əri bir yerə gedəndə Allahdan qorxmayıb günah işlərə əl qatır. Başqaları üçün geyinib-bəzənir, əri yanında olanda isə ona yaxınlaşmaq, mehribanlıq göstərmək əvəzində ondan uzaqlaşır və ona qarşı laqed olur. Əri ilə hesablaşmır və heç bir işdə ona qarşı güzəştə getmir.

2. Zövcə seçərkən təkcə qızın gözəlliyinə və mal-dövlətinə uymaq məkruhdur. Yaxşı olar ki, özünə ömür-gün yoldaşı seçərkən təkcə onun zahiri gözəlliyinə və mal-dövlətinə aşiq olmayasan.

3. Məsum İmamlrımızdan biri buyurur: «Hər kəs bir qızla yalnız onun gözəlliyinə görə evlənərsə, Allah-Təala həmin qadının gözəlliyini ərinin başına bir bəla edər».

4. İmam Sadiq (ə) buyurur: «Möminin ən qəddar düşməni onun pis arvadıdır».

5. Həzrət Əli (ə) buyurur: Ən pi arvad o arvaddır ki, ərinin istəyinə və və iradəsinə tabe olmaya».

6. Rəsuli-Xuda (s) buyurur: «Ey kişilər! Özünüzü zibillikdə göyərənlərdən qoruyun, onlardan uzq olun!» Soruşdular: «Ya Rəsulallah! «Zibillikdə göyərənlər» nə olan şeydir?

7. Həzrət buyurdu: «O gözəl qızdır ki, ailədə pis tərbiyə alıb».

8. Nadan qadınla evlənmək məkruhdur. İmam Sadiq (ə) cənab Əmirəl-möminindən belə nəql edir: «Nadan qadınla izdivacdan ehtiyat edin ki, onunla oturub-durmaq adamı dərdə giriftar edər, ondan törənən övlad isə qabiliyyətsiz olar».

9. İmam Sadiq (ə) buyurur: «Qadının bərəkətlisi qənaətlə dolananı, bəd olanı isə israfçılğa yol verənidir».



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin