Bismillahir-Rəhmanir-Rəhim
Müqəddİmə
Dərin bəşəri məzmunu ilə əvvəlkidinlərdən əsaslı sürətdə fərqlənir İslam bütün dövrlər üçün əhəmiyyətini saxlayan ailə qurluşu bairəsində mühüm özəlliklərə malikdir. Müqəddəs kitabımız Qurani-kərimdə, əziz İslam Peyqəmbərinin (s) və məsum İmamlarımız hədislərində bu vacib məsələyə dair qiymətli örnəklər vardır.
Çoxsaylı və dərin məzmunlu əsərlərin müəllifi kimi tanıdığımız Höccətul-islam vəl-müslimin Hacı Əbdürrahman Yusifpur da adını çəkdiyimiz zəngin mənbələrə əsaslanaraq bu mövzuda gözəl bir əsər yazmışdır.
Kitabı oxuyarkən evlənmək, evlilik, ər-arvad münasibəti, onların hüquq və vəzifələri barədə elə aydın dəlillərə rast gəlirik ki, İslam dini və onun bəşəri mahiyyəti haqqında təsəvvürlərimiz daha da zənginləşir. Əsər bizə indiyədək əsası olmayan, lakin uzun illər dini ehkam kimi qəbul etdirilən bəzi bidətlərdən, islam dini adına söylənən böhtanlardan yaxa qurtarmaqda yardım edir.
Ağayi Yusifpurun böyük məsulliyət və ciddi zəhməti nəticəsində ərsəyə gəlmiş digər əsərlərlə yanaşı «İslam ailə qurluşu» adlandırıldığı iki cildilik kitabın birinci («İslamda izdivac») artıq əlinizdədir.
Azərbaycan oxucuları bu kitabda indiyə qədər az eşiddikləri və ya bəzilərinin az eşiddikləri mühüm məlumatlarnan tanış olacaq, cəmiyyətin özülü olan ailə münasibətlərini düzgün tənzim etmək yolunda çox faydalı nəticələr çıxarıcaqlar.
Arzumuz budur ki, məhtərəm oxucular əsəri diqqətlə oxusunlar. Əminik ki, bu zaman onlar ailənin, övlad böyütməyin, düzgün tərbiyənin nə qədər məsuliyyətli və müqəddəs bior əməl olduğunu bir daha düşünəcəklər.
Qadir və mərhəmətli Allahdan bütün subaylarımıza gözəl ailə səadət və xoşbəxtlik arzu edir, kitabın müəlifinə yeni-yeni əsərlər yazması üçün bərəkətli ömür arzulayırıq.
Dostları ilə paylaş: |