Pis və yaxşı qadının qiyməti
Peyqəmbər-Əkrəm (s) buyurur: «İstər pis, istərsə də yaxşı qadına qiymət yoxdur. Çünki yaxşı qadını qızıl-gümüşlə ölçmək olmaz ki, deyəsən bu yaxşıdır və ya digəri. Pis qadını da torpaqla ölcmək olmaz ki, deyəsən torpaq ondan qiymətlidir».
Ləyaqətli kişının xüsusiyyətləri
1. Ləyaqətli ər o kəsdir ki, xoş əxlaqlı, dindar, vicdanlı, əmanətə xəyanət etməyən, bacarıqlı, qabiliyyətli olsun və bu keyfiyyətinə görə ona hörmət göstərsinlər. Əsl-nəsəbinə, şərəfinə görə ona baş əyməsin.
2. İbrahim ibn Mühəmməd yazır: «Mən İmam Mühəmməd Baqir (ə) izdivac haqqında bir namə yazdım. Sonra Həzrət öz mübarək xətti ilə yazdığı cavab məktubunu aldım. Həzrət yazırdı ki: «Rəsuli-Xuda (s) buyurur: «Hər kəs sizin qapınıza qız almağa gəlsə onun əxlaqını və dinini bəyənsəniz, onda ona qız verin. Yox əgər belə olmasa, Yer üzünü fitnə-fəsad buyurər».
3. Peyqəmbər (s) buyurur: «Sizin ən yaxşı kişilərinız təqvalı və vicdanı təmiz olanıdır və o kəslərdir ki, ata-anasına yaxşılıq edirlər. Bu cür adamlar öz qadınlarını da başqalarına möhtac etməzlər».
4. İmam Baqir (ə) buyurur: «Hər kim sizin qapınıza elçiliyə gəlsə, əgər dininə agahsınızsa, ona əmanət etibar edə bilərsinizsə, ona qız verin. Əgər başqa cür olsa arada əmin-amanlıq olmaz».
5. Rəsuli-Xuda (s) buyurur: «Özünüzə laiq bir ailəyə, qızınıza tay ola bilən bir kişiyə qız verin».
6. Bir nəfər öz qızının izdivacı haqqında İmam Həsən (ə) məşvərət edirdi. İmam ona buyurdu: «Öz qızını bir nəfər təqva əhlinə ərə verr, çünki bu cür şəxs əgər sevməsə də ona zülm-sitəm etməz».
Qeyd:
1. Ərəbin əcəmlə və ya əksinə əcəmin ərəbləevlənməsi, seyyid övladıilə qohum olmaqları, ənsəb sahiblərinin sıravi adamlarla qohum olmaqları caizdir, çünki müsalman müsalmanla, mömin də möminə qadına ləyiqdir.
Dostları ilə paylaş: |