AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə21/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   17   18   19   20   21   22   23   24   ...   151
Ləyaqətli kişının sifətləri
1. Əxlaqsız, şərabxor, namərd, fasiq, dinsiz və bu kimi bəd sifətlərə malik olan adamlara qız vermək və ya qızların bu cür insanlara ərə getmələri laiq deyil.

2. Bəşşar Vasti deyir: «Mən İmam Rzaya (ə) bir məktub gendərdim. Yazmışdım ki, «Qohumlarımdan bir nəfər mənim qızım üçün elçiliyə gəlib. Oğlan əxlaqsızdır. Nə məsləhət bilirsiniz?» İmam (ə) cavab məktubunda yazırdı: «Əgər oğlan əxlaqsızdırsa ona qız vermə».

3. Peyqəmbər (s) buyurur: «Siz kişilərdən ən pisi odur ki, o töhmət edə, paxıl və ədəbsiz ola. Tək nahar edər, qonaq-pərvərliyi olmaz. Övrətini və xidmətçilərini döyər və təhqir edər. Öz arvadını başqalarına möhtac edər və ata-anasına əziyyət verər».

4. Rəsuli-Xuda (s) buyurur: «Əgər şarabxor qapınıza elçiliyə gəlsə, ona qız verməyin».

5. İslam Peyqəmbəri (s) buyurur: «Hər kəs öz əziz qızını fasiq və nanəcib adama ərə versə, gündə ona min lənət yağdırılar».

6. Bu cəhətdən də əxlaqsız, yolunu azmış fasiq, şərabxor adamlara qız vermək məkruhdur.

7. Müsalman qadın (qız) kafirə ərə gedə bilməz. Müsalman kişi həmcinin də kafir qızı ilə daimə evlənə bilməz.

8. İmam Sadiq (ə) buyurub: «O qadınlar ki, iman cəhətdən zəifdilər onlarla evlənməyin eybi yoxdur, lakin imanı zəif olan kişilərə, İmamlrla müxalif olan adamlara qız vermək caiz deyil, çünki qadın ərinin əxlaqının və ədəbinin təsiri altına düşə bilər və əgər qız övladı olsa onu öz alət və ayinlərinə üyğun davranmağa məcbur edər».

9. Müsalman qadın açıq-aşkar əhli-beytlə (ə) düşməncilik edən və yaxud əksinə Peyqəmbər və ya İmamları hər hansı birini Allah sayana ərə getməyi caiz deyil.

10. Həmçinin mömin kişilərə də caiz deyil bu əqidədə, bu xislətdə olan qadınlarla evlənsinlər, çünki bu cürv insanlar kafir hökmündədilər.



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin