Kişılərın və qadınların ən yaxşısı və ən pisi
1. Peyqəmbər (s) buyurmuşdur: «Allahın hüzürüna pak və oakizə getmək istəyən hər kəs ölüm ayağında evli olmalıdır».
2. Peyqəmbər (s) buyurmuşdur: «Ümmətin ən pis adamları subaylardır».
3. «Sizlərdən ən pis adamları subaylardır, onlar şeytnın qardaşla
4. «Şeytan əməlisaleh kişiləri şirnikləndirmək üçün qadından iti qılıncı yoxdur. Yalnız evli kişilər pak, azad və şeytan vəsvəsindən uzaq ola bilərlər».
5. Başqa bir hədisdə qeyd olunmuşdur ki, Peyqəmbər (s) «Biz evlənmirik!» deyən kişiləri və qadınları lənətləmişdir».
6. Peyqəmbər tərkidünyalığın və evlənməməyin qarşısını almış və qadının ərə getməkdən imtina etməsini qadağan etmişdir.
7. Əli (ə) buyurur: «Peyqəmbər əsabından kimsə evlənirdisə, o Həzrət deyirdi: «Dini kamil oldu».
8. Əkkaf deyir: «Peyqəmbər (s) hüzürüna getdim, buyurdu: «Əkkaf sənin arvadın var?» Dedim: «Yox!» Buyurdu: «Kənizin var?» Dedim: «Yox!» Buyurdu «sən ki, sağlam və varlısan!» Dedim: «Bəli, şükür Allaha!» Buyurdu: «Onda sən şeytanın qardaşlarındansan! Ya gərək Məsihi rəhiblərindən olasan, ya əgər müsalmansansa, bütün müsalmanlar kimi hərəkət edəsən. Arvad almaq bizim qanunlarımızdandır. Sizlərin ən pisiniz subay olanlarınızdır, ölülərin ən pisi subay ölənlərdir. Vay sənin halına, Əkkaf! Evlən ki, günahkarsan!»
Dostları ilə paylaş: |