AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu


Qadın kişinin məhək daşı və bədbəxtliyinin səbabkarı



Yüklə 1,14 Mb.
səhifə25/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   21   22   23   24   25   26   27   28   ...   151
Qadın kişinin məhək daşı və bədbəxtliyinin səbabkarı
1. Həzrət Sadiq (ə) buyurub: «Mömin ən qəddar düşmən onun bədrəftar həyat yoldaşıdır və Allah onu bu yolla sınağa çəkir».

2. Yenə o, buyurur: «İlkin günah altı şeydir: dünyapərəstlik, vəzifəpərəstlik, yatmağı çox sevmək, qadınpərəstlik, qarınqululuq və rahatlığı çox istəmək».



QEYD: Adətə görə ailə başçısı ailə üzvlərinin tərbiyə işlərində məsul olan şəxs kişidir və evin daxili işlərinin bir hissəsi qadının öhdəsinə düşür. Bəzən müəyyən bir ailədə qadının evə rəhbərliyi kişiyə nisbətən daha yaxşı olur, buna görə ailənin bütün işlərinin idarəsi və məsuliyyəti onun öhdəsinə düşür. Hər halda ailənin idarə işlərində, öhdəlikləri yerinə yetirməkdə və məsuliyyət daşımaqda imtahandan yaxşı çıxmaq, vəzifəsini layiqincə yerinə yetirmək və evdarlıqda nümunə göstərmək kamil bir dini cəmiyyətin təşkil olunmasında kişinin və qadının qarşısına çıxan ən böyük imtahan və sınaqdır! Elə ata-analar ki, bəzən Əli (ə) ailəsi kimi Zəhradan, Həsən, Hüseyn və Zeynəbdən ibarət bir ailə qura bilərlər.

Qurani-məcid buyurur: «Qadınlar sizin eyiblərinizi örtən bir libas kimidir və siz kişilər də paltar kimi onların qəbahətlərini örtənlərsiniz».

Qadın və kişi evlənməzdən əvvəl bir-birini görə bilərlər.

1. Müğeyrət ibn Şöbə bir qadına elçi düşmüşdü. Peyqəmbər (s) buyurdur: «Əgər onu əvvəlcə görmüş olsaydın, saziş və razılıq imkanı daha çox olardı».

2. Həsən Səri deyir «Həzrət Sadiqdən (ə) soruşdum: «Evlənməmişdən qabaq kişinin ixtiyarı varmı ki, qadını arxadan görsün və özünə diqqətlə baxsın?» Buyurdu: «Bəli evlənmək istədiyi qadına arxadan, ya qabaqdan baxmaqla elə bir qəbahət yoxdur»«.

3. Yenə o cənabdan soruşdu: «Kişinin almaq istədiyi qadının saclarına və gözəlliyinə baxmağı məqbuldurmu?» Buyurdu: «Əgər baxışda ləzzət almaq deyilsə (yəni məqsədi qadının yalnız sırf bədən xüsusiyyətlərinin öyrənmək olsa), elə bir qəbahət yoxdur».

Başqa bir xəbərdə sual edirlər: «Qadının dayanmağı və kişinin nona tamaşa eləməsi məqbuldurmu?» Buyurdu: «Bəli, hətta bu zaman nazik paltar geymək də meneçilik törətmir!»

4. Sahabələrdən biri bir qadına elçi düşmüşdür. Peyqəmbər (s) buyurdu: «Onun üzünə və əllərinə bax!»



QEYD: Bu rəvayətdən məqsəd budur ki, əgər bir kəs bir qadını evlənmək üçün secmişsə, başqa cəhətlərini də bəyənmişsə, onun bədəninin cizgilərinə baxa bilər; Allah eləməmiş birdən onun vücudunda peşmançılığa, soyuqluğa və ya ayrılmağa ixtiyarı vardır. Ancaq bu o demək deyil ki, bütün qızları nəzərdən keçirə, hamısını yoxlaya bilər və nəhayət, onların arasında birin seçə bilər.

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin