AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə27/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   23   24   25   26   27   28   29   30   ...   151
Qadının kişiyə baxması
1. Peyqəmbər (s) buyurmuşdur: «Naməhrəmə baxan ərli qadına Alla-Təala onun bütün yaxşı əməllərini puç edər. Əgər kişi başqa kişini öz arvadının yatağına buraxarsa, Allahın ona qəbrdə əzab verməyə və sonra atəşdə yandırmağa haqqı vardı».

2. Ümm Səlmə deyir: «Mən və Meymunə (Peyqəmbərin digər bir qadını) Rəsulullahın yanında idik, İbn Ümm Məktub daxil oldu. Əlbəttə, bu hadisə Hicab haqqında göstəriş gələndən sonra olmuşdu. Həzrət buyurdu: «Gizlənin! Dedik: «Məgər bu kişi kor deyil? O ki, bizi görmür?!» Buyurdu: «Məgər siz də korsunuz, onu görmürsünüz?»

3. Peyqəmbər (s) Hövlaya buyurdu: «Qadını həddi-buluğa çatmış bir oğlanı evə gətirməsi caiz deyildir! Əgər məhrəm olmas, ya qadın ona doyunca baxacaq, ya oğlan ona göz dikəcək, ya bir yerdə cörək yeyəcəklər».

4. Həzrət Sadiq (ə) buyurub: «Kor kişi Həzrət Zəhranın evinə daxil olmaq üçün icazə istədi. Fatimə (ə) icazə vermədi. Peyqəmbər (s) buyurdu: «O ki, səni görmür?» Dedi: «Mən ki, onu görürəm! O da mənim iyimi duyur!» Buyurdu: «Şəhadət verirəm ki, sən mənim qəlbimin bir parçasısan!»

5. İmam Sadiq (ə) Sədana buyurdu: «Bilirsənmi ki, Peyqəmbər qadınlara beyət etdi?» Dedi: «Bunu Allah Peyqəmbərinin oğlu daha yaxşı bilər!» Buyurdu: «Qadınları bir yerə yığdı, göstəriş verdi ki, saxsı bir qab gətirsinlər. İçinə nüzun ətri (gülaba bənzər ətir) tökdü və öz mübarək əlini onun içinə saldı». Buyurdu: «Siz də əlinizi onun içinə salın».

Peyqəmbər (s) pak əli naməhrəm qadınların əlinə toxunmadığı üçün daha pak və təmiz idi.

6. Həzrət Sadiq (ə) buyurub: «Kişinin qadına əl verməsi o qoca olsa da bəyənilən hərəkət deyil».

7. Mühəmməd ibn Əbi Əmirin bacıları deyir: «Həzrətdən soruşduq: «Qadın öz din qardaşının görüşünə gedə bilərmi?» Buyurdu: «Bəli» Dedik: «Onunla əl verib görüşə bilərmi?» Buyurdu: «Bəli, ancaq paltar (örtük, əlcək) altından». Peyqəmbər (s) əli qolcağının içində idi; qadınlar ona beyət etmək üçün əllərini onun qolçağının üstünə sürtürdülər. Başqa bir hədisdə deyilmişdir ki, qadınlar beyət üçün əllərini su ilə dolu təştin içinə salırdılar.



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin