AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə28/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   24   25   26   27   28   29   30   31   ...   151
LAYİQLİ ELÇİNİ RƏDD ETMƏYİN
1. Peyqəmbər (s) sahabələrinə buyurdu: «Sizlərdən ən yaxşı kişini tanıdınmı?» Dedilər: «Bəli, ya Rəsulallah». Buyurdu: «Ən yaxşi kişi odur ki, pəhrizkar, qəlbitəmiz, əliaçiq, ata-analı, ata və anası ilə xoşrəftar olsun, ailəsini başqalarına möhtac qoymasın».

QEYD: Həyatda insanən elə ehtiyaclrı vardır ki, təmin olunmalıdır: ehtiyacı olan adam yemək, dərman, paltar və evlə təmin olunduğu kimi. İnsanın eləcə də cinsi xislət, başqa fikri və əxlaqi təlabatlar baxımından da ehtiyacları vardır və onların ən mühümü tənbehedici sözlər deyərkən nəzakətli olmaq, öz vəifə borclarını yerinə yetirərkən yuxarı təbəqədən olan insanların diqqətini aşağı təbəqənin adamlarına cəlb etmək, lazım olan zaman onları təşviq etmək və tərifləmək, səbirli və dözümlü olmaq məqamında səbirli olmaq, xəta və səhv baş verdiyi zaman əfv və güzəşt etmək, düzgün hərəkət etməyənə öyüd-nəsihət vermək, nəhayət rəftarın və danışığın gözəlliyi kimi yaxşı davranış və əxlaqi sifətlərdir ki, bunlar tədriclə tərbiyə və təkamülə səbəb olur.

Əlbəttə, bəzən məzəmmət, irad və ondan da üstün, həmişə öz şagirdinin qayğısına qalan, onun xöşbəxtliyi, kamilliyini və tərəqqisini düşünən mehriban bir müəllim diqqəti də lazımdır.

Ehtiyacın bu üsulla təmin olunması da kişinin qadın qarşısında vəzifəsi olduğu kimi, qadının da kişi qarşısında vəzifəsidir.

Hər instinktin azlığı və heç olmaması buna ehtiyacı olan tərəfin yolundan sapmasına və ehtiyacını başqasında axtarmaq səbəb olur və hər instinkdə yolundan çıxmağın xüsusi bir zərəri və ayrıca bir fəsadı vardır.

Kişi bu həqiqətlərə diqqət yetirməlidir və qadın da bundan xəbərdar olmalıdır.

2. Əli ibn İsbat Həzrət Cavada (ə) yazır: «Mən öz qızlarım üçün əxlaq və imanda özüm kimi olan bir adam tapmamışam ki, onunla qohum olam».

Həzrət cavabında yazdı: «Qızların barəsində yazdığın məsələni başa düşdüm. Allah sənə rəhm eləsin. Qız məsələsində bu qədər diqqətli olmaq lazım deyildir, ola bilməz ki, qızın əri yüzdə yüz faiz atasının istədiyi kimi olsun».

Peyqəmbər (s) buyurmuşdur: «Əgər (qapınıza) dini və əxlaqı yaxşı olan bir elçi gəlsə onu qəbul edin, yoxsa yer üzündə böyük bir fitnə və fəsad meydana gələr».

(Çünki cürbəcür iradlar nəticəsində qız ata evində qalır, əxlaqı pozulur, ərə gedən vaxtı keçir, qadın və kişinin əxlaqi calağı daha gec tutur və nəhayət, izdivac ağavının meyvəsi olan nəslin vücudunda da xoşagəlməz nəticələr meydana gəlir).

3. Həzrət Rza (ə) buyurmuşdur: «Əgər dinini və əxlaqını bəyəndiyin elçi gələrsə qəbul et, onun kasıblığından qorxma! Allah-Təala buyurmuşdur: «Əgər qadın və kişi bir-birindən ayrılsa, Allah onların hər birini öz kərəmindən məhrum edər». Həmçinin buyurmuşdur: «Əgər kasıb subay kişilər evlənsələr, Allah onları öz fəziləti ilə sərvət sahibi edər. Allah Kərim və öz bəndələrinin halından halidir. (Bu iki ayəni qeyd etməkdə məqsəd odur ki, hər halda qadının və kişinin ruzisi Allahdandır)».

İbrahim deyir: «Həzrət Sadiq (ə) buyurub: «İbrahim! Heş bir mömin mal-sərvətdən daha qorxulu bir fayda görməmişdir. Var-dövlətin vurduğu zərər çobansız sürüyə hücum etmiş iki canavarın biri sürünün qabağında digər sürünün arxasından vurduğu zərərdən daha artıqdır. Bu canavarlar qoyunların başına nə oyun açırlar?» Dedim: «Fəsaddan başqa bir şey eləmirlər!» Buyurdu: «Doğru dedin!» Dövlətin, sərvətin ən kiçik zərəri budur ki, bir müsalman birinin qızına elçi gəlsin, o da onu kasıb olduğu üçün rədd eləsin».


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin