Müsalman alimlərinin bu məsələyə münasibəti
Müsalman alimlər və mütəxəssislər keçmişlər və müasir əsrdə hədislər əsasında fitva verilmiş, öz sələflərinə bu sahədə yol göstərmişlər. «Cavahir sahibi» adı ilə məşhur olan mərhum Şeyx Mühəmməd Həsən Nəcəfi-adlı-sanlı şiə alimlərindən biri bizim üçün üçün ən yaxşı mənbə sayılan «Cavahir» adlı dəyərli kitabında yazır: «Evlənmək qərarına gələn şəxs öncə iki rükət namaz qılmalı, Allaha həmd və sitayiş etməli və bunlardan sonra dua etməli və Allahdan ona gözəl, ismətli, ləyaqətli, ayağı ruzili bir qadın qismət olmasını diləməlidir».
Şiə dünyasının sayılan və görkəmli alim mərhum Təbatəbai özünün «Urvətul-Vussqa» kitabında belə qeyd edir: «Evlənmək əzmində olan hər bir şəxs yaxşı olar ki, gələcək həyat yoldaşını seçib təyin etməmişdən əvvəl iki rükət namaz qılsın və bundan sonra Allaha dua etsin ki, ona arzu olunan müsbət keyfiyyət və sifətlərə malik bir arvad nəsib olsun». Bu hədislərdən və alimlərin nəzəriyyələrindən məlum olur ki, həyat yoldaşı seçmək istəyən hər bir şəxs xeyirxah insanların məşvərətindən başqa vacibdir ki, həkim və mehriban Allaha dua etməklə, onun lütf və kəraməti ilə gələcək ideal həyat yoldaşına çatsın.
Dostları ilə paylaş: |