Elçiliyə görə mükafat İslamda evlənmək məsələsinə böyük əhəmiyyət verilir. Buna görə də ailə qurmaq və müqəddəs ocağa qovuşmaqğı imandan sonra bütün nemətlərdən üstün tutur. Elçilik müqəddəs və mühüm ailə həyatının başlanğıcı olduğu üçün ona ikiqat mükafat nəzərdə tutulur. Peyqəmbər bu xüsusda belə buyurur: «Hər kəs lazımi səylə iki nəfər - bəy və gəlini halal evlənməyə sövq edərsə, ulu Tanrı buna mükafat olaraq həmin şəxsi behiştin huriləri ilə evləndirər. Onun atdığı hər bir addım və danışdığı hər bir sözü bir illik ibadət kimi qəbul edər. Nə gözəl mükafatdır. İmam Sadiqdən (ə) olan bir hədisdə oxuyuruq: «İki pak qəlbi bir-birini qovuşdurmaq üçün çalışan və iki subay cavanı tənhalığın əzab-əziyyətindən qurtaran hər kəsə Allah-Təala qiyamət günündə lütf və mərhəmət gözü ilə baxar!!!»