Həzrət Əlinin Fatimənin elçiliyinə getməsi
(Əlinin Fatiməni istəməsi)
Hicrətin ikinci ilində Bədr müharibəsi başlandı. Əlinin (ə) igidliyi və rəşadəti sayəsində bu müharibə İslam ordusunun qələbəsi ilə başa çatdı.
Peyqəmbər çox xoşhal idi. O Həzrətin əsabələri də bu sevinc və şadlığı onun mübarək çöhrəsində müşahidə edirdilər. Buna görə də bayram və toy mərasimləri başlanırdı. Bu tərəfdən də Həzrəti Fatimə (s) evlənmək yaşına çatmışdır. Onun on yaşı var idi. Hər bir kəs Peyqəmbərin kürəkəni və o misilsiz xanımın əri olmaq arzusunda idi. Ona görə də əshabələrdən və müxtəlif təbəqələrdən olan adamlar Peyqəmbərin evinə gəlib qızı Zəhranı istəyirdilər. O böyük və zəmətli Peyqəmbərin butün elçilərə bir cavabı var idi. O da bu idi ki, Fatimənin əmri Allahın əlindədir. Hədis və tarix kitablarının yazdığına görə əhli-sünnət, birinci və ikinci xəlifələr də böyük xahiş və minnətlə Zəhrayi-Mərziyyəni istəmək məqsədi ilə Peyqəmbərin mənzilinə gəlmiş və özlərini təriflədikdən sonra Peyqəmbərdən yalnız bir cavb almışlar. Həmin cavbı onlar artıq eşitmişdilər. Buna görə də həmin şəxslər Müttəqilər Mövlası Əmirəl-möminin hüzuruna gəlib ona dedilər: «Ya Əli! Peyqəmbər Fatimə ilə evlənmək istəyənlərin hamısı hamısını məyus etmişdir. Deyəsən onun nəzərində sənsən. Yaxşı olar ki, sən də Fatimeyi-Zəhranın elçiliyinə gedəsən. İbn Malikin nəql etdiyi hədisdə deyilir: «Mən Peyqəmbərin yanında idim. Birdən vəhy mələyi nazil oldu, Həzrətin əhvalı qarışdı. O, gözlərini acan kimi bururdu: «Ey Ənəs, sənsən bilirsən Cəbrail nə üçün gəlmişdir». Dedim: «Atam-anaam sənə qurban nə olmuşdur?» O belə buyurdu: «Allah-Təala məni vəkil edib ki, Fatiməni Əliyə kəbinləyim. Elə bu saat Əbu Bəkr, Ömər, Osman, Təlhə və Zübeyri və Ənsardan bir hissəni çağır gəlsinlər. Onlar Peyqəmbərin huzurunda hazır olduqdan sonra Həzrət məcaranı onlara danışdı. Bu işdən çox seviniyini bildirdi. Sonra Əlinin dalınca adam göndərib hüzuruna çağırtdırdı. Əli onun hüzurunda hazır oln kimi Peyqəmbər gülümsəyərək Cəbrailin gəlişinin səbəbini (Fatimə ilə evlənməsini) ona söylədi».
Dostları ilə paylaş: |