AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu


İzdivaca dair hakim qüvvələrin rolu və məsuliyyət



Yüklə 1,14 Mb.
səhifə59/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   55   56   57   58   59   60   61   62   ...   151
İzdivaca dair hakim qüvvələrin rolu və məsuliyyət
Islam hökumət qurluşu hansı ki, bünövrəsi Peyqəmbər-Əkrəm (s) və əimmeyi-əthadan vücuda gəlib və inda əlimiz daha onlara çatmır, gərəkdir ki, hökümət idarələrinə millətin ləyaqətli və görkəmli nümayəndələri rəhbərlik etsinlər. Gərək ki, onlar rəiyyətlə olduqca mehriban davransınlar. Fəqir, miskin insanların ehtiyavından xəbər tutub onlara bir ata kimi qayğı göstərsinlər ta ki, məsum İmamlarımızın tutduqlarıyol ilə gedib həm Allahın rizasını qazansınlar, həm də ki, el-oba arasında hörmət və ehtirama çatsınlar, ictimaiyyət içərisində əmin-amanlığa nail olsunlar.

Rəsuli-Xuda bu xüsuda öz hədisi-şərifində buyurur: «Ali, insani sifətlərə malik olmayan heç bir kəsə rəhbərlik caiz deyil. Yalnız insanlara ata kimi mehriban, təəssübkeş və fədakar olan şəxslər rəhbər kimi məsul və şərəfli bir ada laiqdirlər» («Üsul-kafi» c-1, s. 407)

Ağa Əmirəl-möminin (ə) Malik Əştər yazdığı naməsində buyurdu: «Görək insanlara qarşı olduqca həssas, ata qədər qayğıkeş və mehriban olasan. Onların bir ehtiyacları varsa, çalış hacətlərini rəva eylə, bir çətinliyə düşüblərsə, dərdlərinə çarə qıl».

Digər bir naməsində Həzrət buyurur: «Aya, rəvadırmı ki, xalq mənə «Əmirəl-möminin» deyə müraciət etsin, mən isə onların sosial vəziyyətləri ilə maraqlanıb dərdlərinə çarə etməyim?»

İslam Peyqəmbər Rəsuli-Xuda (s) və cənab Əmirəl-möminin Əli (ə) xalqa rəhbərlik haqqında bu dəyərli kəlamlarını oxuyarkən belə nəticəyə gəlmək olar ki, İslam ölkəsində rəhbərlik insandan olduqca böyük məsuliyyət tələb edir. Görək hökümət rəhbərləri çalışsınlar ki, imkan dairəsində xalqın təlabatını ödəsin və onların dərd-sərinə şərik olsunlar, məxsusən gənclərin əxlaqına və ailə quruculuğuna diqqətlə yanaşsınlar.

İmam Sadiq (ə) buyurub: «İstimnayə mürtəkib olan bir nəfəri Həzrət Əmirəl-möminin (ə) hüzuruna gətirdilər. Həzrət vəziyyətdən agah olduqdan sonra İslam hökmlərin icrasına müvafiq sürətdə onu cəzalandırdı və daha sonra beytul-maldan izdivaca əncam verə biləcək miqdarda pul ayırıb onu evləndirir».

Əgər bu hədisin fərqinə varsaq görərik ki, cənab Əmirəl-möminin həmin cavan oğlana ailə qurmaqla onu günaha batmaqdan, pis yola düşməkdən xilas etdi.

İslam rəhbəri əziz Peyqəmbərimiz özü dəfələrlə izdivaca ehtiyacları olan, lakin buna imkanları çatmayan insanlara ailə qurmuş və onlara əlindən gələn köməkliyi göstərmişdir.

Idivacla bağlı tarixi, həm də İslami bir hadisəni qısa şəkildə sizin diqqətinizə çatdırırıq:

İslamıyyətin ilk dövrlərində Mədinə şəhərində fəqir, naçar insanların ev-eşilkəri yox idi. Onlar şəhərin bir kənarında çadır qurub orda yaşayırdılar. Bunlar «suffə» əhli adı ilə tarixdə məşhurdurlar və Quranın «Bəqərə» sürəsinin 273-cü ayəsini Xudayi-izzüvəcəll onların şəninə ayə nazil etmişdir.

Bir gün Rəsuli-Xuda (s) baş çəkmək üçün bu hünərpərvər insanların yanına gəlir.

Bunların arasında Cüveybir adında, zahiri görkəmi çox eybəcər olan və tək yaşayan bir əsgər də olur. Peyqəmbər (s) onunla salamlaşıd hal-əhval tutub, ona evlənməyi tövsiyə edir. Subay qalmağının səbəbini ondan soruşanda o deyir: «Ya Rəsuləllah, mən fəqir bir adamam, malım-dövlətim yox, zahirigörkəmim yox, mənə kim qız verər». Rəsuli-Xuda Cüveybirin bu sözlərindən mütəssir olur. Peyqəmbər (s) Ziyad ibn Lubeyd adında bir nəfərin evinə elçiliyə gəlir və Ziyad öz gözəl qızı Zülfanı Peyqəmbər (s) məsləhəti ilə Cüveybirə ərə verir və onlar xoşbəxt bir ailə həyatı qurub ömürlərini səadətlə başa vururlar.

Bununla bir daha biz İslami hökümətin və onun rəhbərinin izdivac məsələsinə nə qədər diqqət və məsuliyyələ yanaşdığının və ehtiyacı olanlara qayğıkeş bir ata kimi imkan yaratdıqlarının şahidi oluruq.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin