AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu


İsmətsizlik və pozğunluq ticarət paltarında



Yüklə 1,14 Mb.
səhifə6/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   2   3   4   5   6   7   8   9   ...   151
İsmətsizlik və pozğunluq ticarət paltarında
Burada diqqətinizi bəşər düşmənlərinin istifadə etdiyi tarixi bir hadisəyə cəlb etmək istəyirik.

Həzrəti Musa əleyhissəlam öz fitrəti istedadı və ilhamı ilə inkişaf edib qabağa getdiyi bir vaxta Fironu və onun tərəfdarlarını dəhşətə salırdı. Düşmən qüvvələr o həzrətin nüfuzunun qarşısını almaq üçün Bələm-bauranın yanına gəldi və ondan Musanı vən adamlrını lənətləməyi tələb etdilər.

İsmi əzəm və «Müstəcabda-dəvə» ləqəblərinə malik olan Bələm əvvəlcə bu təklifi qəbul etməkdən imtina etdi və dedi: «Mən Allahın Peyqəmbərini və onunhaqqı müdafiə edən qoşununu necə lənətləyim. Onu mələklər müşayət edirlər». Lakin düşmən tərsliyindən əl çəkmədi. Onun həyat yoldaşı (arvadı) vasitəsi ilə yoldan çıxardıb Musaya qarşı qoydular.

Nəhayət Bələm Musanın qoşunun yerləşdiyi bir dağın zirvəsinə qalxdı. Nə qədər istədi İsmi-Əzəm duası ilə Musanı lənətləsin. Allah İsmi-Əzəmi ondan geri aldı və özünə tabe etdi. Nagah dili ağzından çıxdı. O, Fironun adamlarına sifariş etdi: Siz öz arvad və qızlarınızıbacardığınız qədər bəzəyin və onları ehtiyacı çox olan mallarla Musanın qoşununun içərisinə göndərin, zina və əxlaqsızlıq yolu ilə onları pis yola cəkin. Düşmən bu sifarişi qəbul edib ona əməl etdi. Musanın 20 mindən çox əsgəri Allahın qəzəbinə ducar olub taun xəstəliyinə tutulub həlak oldulr. Əziz oxucular bunun şahidi olurlar ki, düşmən olurlar ki, düşmən hansı yollarla əvvəllər Həzrət Musanın dostu və onun idealarını təbliğat edənlərdən olan Bələm-bauranı aldadıb onu haqq yolundan döndərmiş böyük Allaha və onun Peyqəmbər qarşı çıxmağa sövq etmiş, onun vasitəsi ilə gözəl qızları ticarət adı altında mədəniyyət müharibəsinə göndərmişdi, Peyqəmbərin 20 midən artıq qoşununu məhv etmişdir. Siz təsəvvür edin bu «mədəni» hücumadi və uzaqgörən olmayan bir millətə qarşı yönəlmişolsaydı hansı nəticələrə gətirib çıxarardı. Ailə qurmaq ehtiras hissinə bir sığınacaqdır.

Qeyd edildiyi kimi tarix boyu İslamın düşmənləri əxlaqsızlıq və ismətsizlik kimi amillərdən istifadəetmiş, ocümlədən münafiqlərin başcısı olmuş Əbdullah Ubeyy ona məxsus olan beş kənizi faişəlik etməyə vadar etmiş və bu yolla İslama və onun ictimayyətinə zərbə vurmuşdu. Allah-Taala «Nur» sürəsinin 33-cü ayəsində bu məsələyə işarə etmişdir. Hal-hazırda da mənəviyyatsızlıq dünyada hay-küy yaradıb. Dostluq və qarşılıqlı razılıq yolu ilə baş verən əxlaqsız hərəkətlərdən başqa zorla yaxınlıq etmə, eyni cinsdən olanların yaxınlığı, ərli qadınları ləkələmək kimi hallarda hər gün hadisə xəbərlərində rast gəlmək olur.

Xülasə bu cür fəsadların qarşısını alan yekanə amil evlənməkdir. Allahın elçisi bu işə göstəriş vermişdir. İndi isə diqqətinizi bu bairədə olan bir neçə hədisə cəlb edirik.

1. İmam Cəfər Sadiq (ə) belə nəql olunur: «Bir gün Allahın Rəsulunun gözü bir qadına sataşır, onun gözəlliyindən heyrətlənir və dərhal arvadı Ümm Sələmin yanına gəlir və onun yanında sakitlik tapır. Bundan sonra o, cənabət qusulu edib məscidə gəldi və insanlara xitabən buyurdu: «Naməhrəmlə görüşmək şeytan əməlidir. Gözü naməhrəmə sataşıb təsirlənən şəxslər arvadının yanına getsin». Maraqlıdır ki, bu hadisdə həyat yoldaşı daxili və cinsi ehtirası söndürmək simvolu kimi təsvir edilir. Hətta böyük Peyqəmbər və digər məsum Həzrətlər də bundan bəhrələnirlər.

2. Əli (ə) buyurdu: «Hərgah naməhrəmi görüb ondan təsirləndiniz ailənizin yanına gedin».

Burada da həyat yoldaşı çirkaba batmağın qarşısını alan bir nicat yolu kimi təqdim edilir.

3. Peyqəmbər (s) buyurub: «Ey cavanlar hər kimdə evlənməyə zəmin olsa, ailə qursun. Çünki bu iş onu günah işlərdən və naməhrəmdən qoruyar».

Bu hədis başqa hədislər kimi ailə qurmağın insanın əxlaqi pozğunluqlardan qorunmasının təzahuru kimi verilmişdir.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin