Valideyinlərin vəzifələri
Doğrudur, bu mulahizələr və söhbətlər bir o qədər də gönül oxşayan deyil, lakin həyat həqiqətləridir. Ona görə də qızı olan hər bir valideyn istər ata, istərsə də ana olsun, gərək qızının lap erkən yaşlarından təlim tərbiyəsi ilə ciddi məşğul olsun, onu gələcək ailə həyatı üçün hazırlaşdırsın, izdivac həddinə yetişəndə onu ərə verməyə tələssin. İstər qız, istərsə də oğlan izdivac həddinə çatan kimi onların ailə məsələləri ilə ciddi məşğul olmaq lazımdır. Lakin qızlar gələcək nəslin analarıdır və gənc nəsil onların qoynunda tərbiyə alır. Həmin qızlar bir növ cəmiyyətin mürəbbiləri və pərvəriş verənləri olurlar. Eyni zamanda ictimaiyyətin yarısından çoxunu təşkil etdiklərindən qızların erkən yaşlarından gərək ata-ana tərbiyələri və əxlaqı ilə ciddi məşğul olsunlar.
Nəzərə alınmalıdır ki, qızlar (təbii qanunlara müvafiq sürətdə) oğlanlara nisbətən daha tez həddi-buluğa yetişirlər, şəhvət hissi də onlarda tez oyanır və oğlanlara nisbətən qat-qat güclü olur. Lakin eyni zamanda həya və iffət hissi də onlarda daha artıq olduğundan öz cinsi xüsusiyyətlərinə nəzarət edir və pərdə çəkirlər. Bu səbəbdən də izdivaca tələsmək və meyl göstərməmək kimi zahiri əlamətlər aşkara çıxır və əgər (Allah eləməsin) bu həya-abır üzündən götürülsə onda fəsad və rusvayçılığına səbəb olar, cəmiyyətin əxlaqına və mənəviyyatına böyük ziyan dəyə bilər.
İnsan əxlaqına və mədəniyyətinə zidd olan belə nalayiq hərəkətlərin qeyri-İslami ölkələrdə xüsusi ilə qərb ölkələrində inkişaf edib geniş qol-qanad açdığının şahidi oluruq, lakin çox təəssüflə qeyd etmək lazımdır ki, bu zərərli hal İslam ölkələrində də yayılmaqdadır ki, buna heç bir vəch ilə yol vermək olmaz, əks təqdirdə İslam milləti böyük fəlakət və ictimai bəlalarla üzləşə bilər.
Dostları ilə paylaş: |