AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu


Maddi imkan və şəhvət əsasında izdivac



Yüklə 1,14 Mb.
səhifə63/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   59   60   61   62   63   64   65   66   ...   151
Maddi imkan və şəhvət əsasında izdivac
Var-dövlətə, həvayi-həvəsə uyub evlənməyin aqibəti çox zaman bədbəxtçilik və peşmançılıqla nəticələnir. Çünki bi qəbildən olan izdivac qeyri-məntiqi və möhkəm, etibarlı zəncirlə bağlanmadığından cüzi bir təsir nəticəsində qırılıb dağıla bilər.

Sərvətə sahib olan bir qadın əgər lazımi keyfiyyətlərə malik olmasa, öz mal-dövlətini hər an ərinin gözünə soxacaq, ona əzəb-əziyyət verəcək. Bu böyük ixtilaf, hətta mümkündür ki, ailənin dağılmağına səbəb olsun.

Həmçinin zahirən gözəl və yaraşıqlı qadın əgər təqva sahibi olmayıb ismətini qorumasa, onda əyyaş və fasid adamların təsiri altına düşər, onların əlində oyuncağa dönər və nəticədə öz ərini bir sıra fəlakət və çətinliklərlə qarşı-qarşıya qoyar. Amma əxlaqlı, imanlı və ismərli qadınla evlənməyin nəticəsi səadət və əmin-amanlıq olar. Bu cür qadınlar öz ərləri ilə mehriban olar, onun işlərinə kömək edər və öz övladlarına da gözəl tərbiyə verər. Həmçinin öz ərinin qazancını nəyə gəldi məsrəf etməz, ondan qənaətlə və səmərəli istifadə edər. Nə vaxtsa ailədə maddi və s. çətinliklər ortaya çıxsa, onda səbir və təmkinlə işinə əncam verər. Çünki əvvəlcədən də qeyd etdiyimiz kimi İslamda izdivac, şəhvət və sərvət arasında deyil. Allah rizasına və onun hökmünə əncam verməkdən ötrü olmamalıdır.

Bəni-İsrail zamanı bir nəfər müqəddəs və imanlı şəxsə yuxuda ilham oldu ki, «sənin üç hacətin müstəhəbdir. Allahdan hansını istəsən verəcək». Kişi evli olduğundan bu yuxunu öz arvadına da danışır. Arvadı çox xaiş edir ki, onunçün Allahdan gözəllik istəsin. Elə bir gözəllik varsin ki, o əsdə ondan gözəl bir qadın olmasın. Kişi Allaha dua edib öz arvadının gözəl olmağını istəyir və Allah da onun hacətini verir. Həqiqətəndə qadın çox gözəl bir şəklədüşür. Onda elə bir gözəllik peyda olur ki, hamının gözü qadında qalır. İkanlı adamalar pul və qızılla yol tapıb qadını yoldan çıxarırlar. Qadın artıq ərini saymır, onunla kobud və amansızolur. Aravdının bu nalaiq hərəkətlərinin şahidi olan kişi vaxtından əvvəl qocalır, qəm-qüssəyə düçar olur. Qadının bu əxlaqsız işlərdən əl çəkməyəcəyini görən kişi arvadı lənətləyir və nifrin edir. Nəticədə arvad nə inki gözəlliyini itirir, hətta insan sifətindən dönüb it şəkilinə düşür.

Belə olduqda bu arvadın uşaqları da camaaat tərəfindən təhqirə məruz qalırlar. Qonşu uşaqları onları incidir və lağ edirlər. Buna dğzməyən uşaqlar öz atasının yanına gəlir və yalvarıb-yaxarırlar ki, Allaha dua etsin ta ki, anaları öz əvvəlki halına qayıtsın. Bu kişinin üçüncü və həm də axırıncı hacəti idi ki, Allahdan nə istəsəydi verəcəkdi. Lakin kişinin ürəyi təmiz və rəhimli olduğundan öz uşaqlarına yazığı gəlir və onların mətləbini Allahdan diləyir və arvad öz əvvəlki halına qayıdır.

Bu əhvalatdan belə nəticəyə gəlmək olar ki, gözəlliyə və sərvətə uyub izdivaca girmək əgər özündə təqva, əxlaq və dəyanət kimi keyfiyyətləri daşımasa onda şübhə yox ki, bu cür ailə tez bir müddətdə tənəzzülə uğrayar və peşmançılıqla nəticələnər.



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin