Həyat yoldaşı secməkdə müşahidə və təhqiqat aparmaq
Uzun illərin təcrübəsi və məsum İmamlarımızın fərmayişinə binaən görünür ki, izdivacdan əvvəl həyat yoldaşının zahiri və batini aləmi ilə dərindən tanış olub sonra evlənənlərin ailə həyatı xeyirli və rizayətbəxş olur. Əlbəttə, bu işdə həddən ziyadə vasvasılıq da istənilən nəticəni verməz.
Əvvəlcə qızın zahiri görkəminə baxmaq, onu dindirmək İslami cəhətdən zəruri sayılır. İmamlar və müctəhidlərin, dinin görkəmli xadimlərinin də bu barədə dəqiq fitvaları və göstərişləri var.
İmam Sadiq (ə) buyurur: «Əgər sizlrdən hər hansı biriniz evlənmək fikrinə düşsə lazımi qaydada təhqiqat aparsın, saçının ətri, rəngi və hətta forması ilə maraqlansın, çünki qadının gözəlliyinin tən yarısı onun saçı ilə əlaqəli olur».
İslam Peyqəmbəri Rəsuli-Əkrəmin və məsum İmamlarımızın biz müsalmanlara ciddi tapşırıqları və göstərişləri var ki, övladlarımızın izdivac məsələsinə olduqca ciddi və məsuliyyətlə yanaşaq, onlara ailə qurmazdan əvvəl necə deyərlər yüz ölçüb, bir biçmək lazımdır ki, cavan, sərbəst həyata yeni qədəm qoyan balalarımız mənəvi cəhətdən ömürlük olaraq şikəst və bədbəxt olmasınlar.
Dostları ilə paylaş: |