AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə68/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   64   65   66   67   68   69   70   71   ...   151
Ünsiyyət və rahatlıq
İsanın təbii xüsusiyyətlərindən və ehtiyaclarından biri ünsiyyət, mehribançılıq və dostluqdur. Təklikdə yaşamaq çox ağır və cansıxıcıdır. Hər bir insanın başqa birisinə ehtiyacı vardır. Elə bir insan ki, sədaqətli, mehriban və siradaş olsun. Onunla ünsiyyət yaradıb, dərd-qəmini söyləyəsən, ürəyindəki sirləri açıb-deyəsən və onun verdiyi təsəllilərdən faydalanasan. Beləliklə, rahatlıq tapıb sakitləşə biləsən. Hər bir insanın təmiz və etibarlı dosta ehtiyacı vardır. Dost da öz növbəsində dostluğunu, məhəbbətini əsirgəməməlidir.

Bütün bu təbii ehtiyacları təmin edə biləcək ən yaxşı şəxs həyat yoldaşıdır. Bu həm qadına həm də kişiyə aiddir. Bütün məhəbbətlər və dostluqlar müvəqqəti və məhduddur, yalnız arvadla kişi arasındakı dostluq və məhhəbbətdən başqa. Bu dostluq və məhəbbət əbədi olub, qeyri məhduddur. Çünki onlar eyni bir qurumu təçkil edir və müştərək məqsədə malikdirlər. Onlar hər bir kəsdən daha çox bir-birlərinə ehtiyac duymurlar. İzdivac nəticəsində yaranan rahatlıqvə asudəlik o qədər mümkündür ki, Allah-Təala onu özünün böyük əlamətlərindən biri kimi təqdim etmişdir. Bu da doğrudur ki, izdivac etməsə də digər mənafelər, o cümlədən cinsi instinktin təmin edilməsi də mövcuddur, lakin ən böyük və ən dəyərli fayda həmin rahatlıq, asudəlik və mehribançılıqdır. Bu keyfiyyətlər qadınlarda və kişilərdə izdivac etmə nəticəsində meydana gəlir. Buna görə də qeyd etmək olar ki, bir insana nəsib olan ən yaxşı nemət layiqli yoldaşıdır.



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin