Cəmiyyətin sağlamlığı və əminamanlığı Izdivac etmə və ailənin təşkili olunması cəmiyyətin sağlamlığı, əmin-amanlığı və xoşbəxtliyi üçün çox zəruridir. Yeni qurulan ailənin bünövrəsi möhkəm olarsa, cavanlar vaxtlı-vaxtında ailə qurarlarsa, səmimi ailə münasibətlərinə girərlərsə onda sözsüz ki, cəmiyyətdə baş verə biləcək mənfi hallar, o cümlədən avaracılıqlar, qatilik, oğurluq, qarətçilik və bu kimi cinayətlər bir o qədər azalacaqdır. Çünki satatistikanın da göstərdiyi kimi, bu əlamətlərin əksəriyyəti ailə cəmimiyyətindən məhrum olan şəxslər tərəfindən törədilir.