Evlənmənməyinin cəzası
Allah Elcisi (s) bir şəxsdən soruşdu: «Arvadın var?»
Kişi cavab verdi: - xeyr, ya Rəsulallah.
Peyqəmbər: Kənizin var? (Bu yolla cinsi problemini həll etmiş olasan)
Kişi: Xeyr, ya Peyqəmbər.
Peyqəmbər: - Sənin maddi imkanın varmı?
Kişi: Bəli, ya Peyqəmbər.
Allahın elcisi: - Get və evlən. Yoxsa günahkarlarv cərgəsinə düşərsən». Başqa bir rəvayətdə buyurur: «Əgər evlənməsən xristian rahiblərindən hesab olunursan». 3-cü bir hədisdə buyurur: «Əgər ailə qurmasan, şeytanın dostu və yoldaşı hesab olunursan».
Bu hədis ailə qurmağı zəruri sayır və ona əməl etməyi bədbəxtliyin səbəbi, subay cavanı günhkar xristian rahib və şeytanın qardaşı adlndırır».
4. Allah Rəsulu (s) buyurur: «Göyün rəhmət qapıları dörd halda açılır:
1. Yağış yağanda
2. Övlad rəhm və mehribanlıqla öz ata-anasının üzünə baxdıqda
3. Kəbənin qapısı açdıqda.
4. Toy və evlənmə mərasimində.
Bu hədis də evlənməyin dəyərini açıqlayır və onun rəhmət qapılarının açılması kimi dəyərləndirir».
İmam Baqir (ə) buyurur: «Əgər bütn dünyanı onun varlığı ilə mənə versələr ki, bir gecə həyat yoldaşında ayrı yaşa, mən heç vaxt belə bir xeyirli sövdələşməni qəbul etmərəm.
Bu hədis həyat yoldaşına və ailəyə malik olmaq faktorunu qiymətləndirir bir hal olmasını irəli çəkir və bütün dünyanı bir gecə ailə ilə məhəbbətlə yaşamağın müqabilində qiymətsiz sayır!!!
Allah Elcisi (s) buyurur: «Ər və arvad kəbin kəsildikdən sonra biri-birinin əllərinə baxdığı zaman böyük Allah da rəhmətlə onlra baxar. Biri-birinin əllərinə tutduğu zaman onların günahları barmaqlarının arasından süzülüb yerə tökülər».
Bütün bu hadisələrdə belə nəticəyə gəlirik: «Evlənmək insanın cismən varlı edir, cinsi və iqtisadi ehtiyacını ödəyir, evli şəxslər müqəddəs ailə qurmağın cazibə qüvvəsi ilə fitnə fəsaddan, yolunu azmaq kimi mənfi hallardan xilas olur, mənəvi və daxili gözəllik və paklıqla həyatını davam etdirirlər. Bununla da (bu yolla) fəzilət yollarını üzlərinə açıb ilahinin tükənməz lütfünə laiq olurlar.
Dostları ilə paylaş: |