Evlənməyə dair xütbələr
Nigah mərasiminin proqramlarından biri də siğə duasından əvvəl oxunan xütbədir. Ehtiyatsızlıq edib onu yaddan çıxartmaq olmaz. Həmin xütbədə Allaha sitayiş, Peyqəmbərə və onun Əhli-beytinə salam və səlavət göndərməlidir. Xütbə, mətndən asılı olmayaraq yuxarıda qeyd edilən məzmunları əhatə edirsə kifayətdir.
Vacib deyil ki Peyqəmbər və Əlinin nigah mərasimində oxunan xütbələrdən istifadə edilsin. Bu hədislər hədis və fiqh kitablarında mövcuddur.
İndi isə Əmirəl-möminin ilə Fatimeyi-Zəhranın nigah mərasimindən bəzi məqamları siz əziz oxuculara təqdim edirik.
Cabir ibn Əbdullah Ənsari belə söyləyir: «Fatimə Əli ilə evlənməyə razılıq verdikdən sonra Peyqəmbər (s) buyurdu: «Ya Əli, dərhal məscidə get, adamları oraya dəvət et. Sizin nigah mərasiminiz orada oxunmalıdır. Orada iştirak edənlər sənin üstün cəhətlərini bilməlidirlər». Əli son dərəcə bir sevinc içərisində adamlarla bərabər məscidə gəldi. Əziz və hörmətli İslam Peyqəmbəri də özünü təcili adamlara yetirdi və minbərdən xalqa müraciət etdi».
Dostları ilə paylaş: |