Zifaf gecəsində təkbir
Çox təəssüf ki, bizim əsrimizdə elə adamlar vardır ki, zifaf gecəsini qeyrətsizlik oyununa çevirirlər. İslam dünyasında isə həmin gecədə birinci hərəkət «Təkbir» şüarı ilə başlanır.
Zifaf gecəsinin namazı
Zifaf gecəsi ikinci şərti və mərasimi iki rükət namaz qılmaqdır. Bu işin bəylə gəlinin gələcək taleyinə böyük təsiri vardır. Həzrət İmam Baqir (ə) buyurur: «Gəlini sənin otağına yola saldıqdan sonra yaxınlıq etməmişdən öncə ii rükət namqaz oxu və gəlindən bunu tələb et».
Bəy və gəlini müştərək həyatlarında Allaha qarşı diqqətli olmaq, namaz və dua ilə başlamalıdırlar. Onlar bilməlidirlər k, bu işlərin onların gələcək ailə həyatına və övladlarının taleyinə böyük təsiri vardır.
Xüsusi dualar
Zifaf gecəsinin 3-cü mərasimi iltimas və dua oxumaqdır. Dualar zifaf namazı qılındıqdan sonra yerinə yetirilir. Bu dualarda deyilir ki, bəylə gəlin bir-birinə qovuşduqdan və həmin gecənin namazını qıldıqdan sonra bəy əllərini göyə qaldırıb aşağıdakı duanı oxuyur və gəlini müşaiyət edən şəxslərdən «amin»deməsini xahiş edir:
«Peyqəmbərə və Əhli-beytə Allahın salamları əbədidir. Ey ulu Tanrı, bizi bir-birimizə mehriban, sədaqətli et. Cəmiyyətdə bəyənilən və xoşa gələn rəftarla bizi gözəl və yaxşı cəhətdən tanıt. Bizi təhlükədən və ayrılıqdan hifz elə. Çünki sən hallalığı və paklığı sevirsən. Haramı və pis əməlləri sevməz və ondan narazı olarsan».
Əlbəttə, bəy və gəlinin duaları bununla bitmir. Onlar öz istək və arzularını, digər şəriət məsələlərini sadə dillə də bəyan edə bilərlər.
Dostları ilə paylaş: |