XƏLVƏT (xəlvətdə qalma) MƏRASİMİ
Zifaf gecəsi 6-cı mərhələsi (mərasimi) başqa sözlə axırıncı əsil mərhələsi – cinsi yaxınlıq olan xəlvətdə qalmaqdır. Bu əsas məsələ də İslamın diqqət mərkəzindədir və özünə məxsus xüsusiyyətləri vardır.
Şeytandan uzaq olmaq üçün oxunan dua
Yaxınlaşmamışdan öncə yaxşı olar ki, bəylə gəlin Allaha dua etsinlər və ona pənah aparsınlar. «Bismillahir-rəhmanir-rəhim» deməklə və münasib dualarla şeytanın dəxalət etməsinin qarşısını alsınlar. Bu xüsusi diqqətinizi bir neçə hədisə cəlb edirik. Əbdül Rəhman ibn Kəsir belə deyir: İmam Sadiqin yanında oturmuşdum. O Həzrət şeytan haqqında danışırdı. Şeytanın dəxalət etməsini o qədər təhlükəli adlandırdı ki, məni dəhşət bürüdü. Mən soruşdum: «Nicat yolu nədədir?» Buyurdu: «Cinsi yaxınlığa başlayan zaman belə söylə: «İlahi şeytanı bizdən uzaq et!»
Həzrət İmam Sadiqdən bu barədə olan hədisdə deyilir: «Yoldaşınızla yaxınlıq etmək istəsəniz Allahı yad edin. Çünki hər kəs belə etməsə həmin anda ondan əmələ gələn övlad şeytan xislətli olacaq. Övladların pak olub-olmaması biz Əhli-beyt tərəfindən müəyyənləşdirilir».
Həzrət Əlidən bir hədisdə oxuyuruq: «Həyat yoldaşınız sizdən yaxınlıq etmək xaişini etsə deyin: «Bismillah», sonra dua edin: «İlahi şeytanı məndən uzaq et». Belə olduqda o uşaq sahibi olarsa şeytan heç vaxt ona zərər yetirə bilməz».
Çoxlu hədislər vardır ki, həmin hədislərdə cinsi yaxınlıq zamanı Allah yad etməmək və «Bismillah» sözünü işlətmək şeytanın gizli şəkildə nüfuz etməsinə cinsi yaxınlıq üdənlərə və onların övladlarına cismani və ruhi xətərlərin yetişməsinə səbəb olur.
Dostları ilə paylaş: |