AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə126/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   122   123   124   125   126   127   128   129   ...   151
Gəlinin yeməyi
Müstəhəbdir ki, izdivacın ilk həftəsi gəlin – turş alma, keşniş, toyuq əti və süd məhsulu yeməkdən çəkinsinlər.
Gəlinin yanında olmaq
Yaxşı olar ki, izdivacın ilk günləri kimi imkan daxilində öz xanımının yanında olsun və gündə üç vaxt yeməyi onunla birlikdə yesin. Axşam gün batandan sonra evdə olsun, çünki ailədən yenicə ayrılan gəlin tənha qaldıqda özünü qərib hiss edir və darıxır.

Belə cəhətlərə əhəmiyyət vermədikdə, təzə qurulan ailədə qanıqaranlıq olur və gəlinin ərinə qarşı münasibət pozula bilər.


Ailə məsələləri
Yeni qurulan ailə həyatı ilk vaxtlarda şirin olduğundan, günaha və məsiyyətəbir o qədər də yol verilmir. Belə dövrdə yaxşı olar ki, kişi və qadın – ailə məsələlərini və hökümlərini düzgün başa düşən və onları doğru yola istiqamətləndirən bir neçə nəfərdən mədəni sürətdə öyrənsinlər.

Yeni mühitə düşən gəlin gənc və təcrübəsiz olduğindan, onunla ehtiyatla davranmaq və məişət işlərində ona kömək etmək, həya-abırı gözləmək şərti ilə bir sıra evdarlıq məsələlərini ona öyrətmək lazımdır. Məsələn: Qadınlıq adətinə düşməsə bilməlidir ki, boyludur və diqqət edə, ta uşağını tələf etməyə.


NƏSİL ARTIRMA
1. Peyqəmbər (s) buyurur: «Dünyaya çox uşaq gətirin. Mən sabah başqa millətlərin yanında sizin çox olmağınızla öyüyəcəm».

2. Bilin: övlad dünyaya gəlməmiş tələf olarsa, ata onu (öz övladını) behiştin qapısında dayanmış (atasının intizarında) görər. Gözü atasına sataşan kimi onun əlindən tutar və behiştə daxil edər. Övladınız ölürsə, Allah sizə əcr verir. Əgər sağ qalarsa, öləndən sonra günahlarınızın bağışlanmasını Allahdan diləyir.

3. Peyqəmbər (s) Ümm Sələməyə buyurmuşdur: «Hamilə qadın, oruc tutub gecə oyaq adam və əsgər kimidir ki, canını və malını İslamın inkişafı yolunda nisar edir, uşaq doğulanda anaya o qədər əcr verərlər ki, bunu Allahdan başqa heç kəs bilməz, ana döşünü uşağın ağzına verəndə, hər soruq vurmağının İsmayıl nəslindən olan bir qulun azad edilməsi qədər savabı var, süd əmmək dövrü sona çatdıqda böyük bir mələk ananın yanına əl vurar: bu əməlini təzədən başla, sənin bütün günahların bağışlanmışdır».

4. Əli (ə) buyurur: «Övladın xəstəliyi ata və ananın cəzasıdır».

5. İmam Zeynalabidin (ə) buyurur: «Kişinin səadəti budur ki, övladları olsun və çətin məqamlarında ona kömək eləsinlər».

6. Həzrət İmam Sadiq (ə) buyurub: «Filankəs deyirdi: «Mən övladımı sevmirdim. Ancaq bir gün Ərafatda gördüm ki, yanımda bir cavan dayanıb xeyir-dua edirdi və deyirdi: «İlahi, atamı... İlahi, atamı..». Bu mənzərə mənə övladımı sevdirdi».

7. Deyirlər: Həsən Bəsri dedi: «Övlad pis şeydir, həyatda insana əziyyət verir, ölümü isə adamın sümüyünü də yandırır». Bu söz Həzrət Səccadın (ə) mübarək qulağına çatdıqda dedi: «Allaha and olsun, yalan deyir. Övlad yaxşı şeydir. Əgər sğ qalsa, nəqd duadır, atadan qabaq o dünyaya onu müdafiə üçün getmişdir».

8. Peyqəmbər (s) buyurur: «Övlad möminin ürəyinin bir parçasıdır. Əgər tez ölsə, atasının o dünyada şəfa diliyənidir. Əgər gec ölsə, atasının bağışlanmasını diləyər və Allah onu bağışlayar».

9. Həzrət Rəsul (s) Əşəs ibn Qeysə buyurdu: «Həmzənin qızından övladın varmı?» Dedi: «Bir oğlum var. Əgər onun əvəzinə bir kasam olsaydı, heç olmasa qonaq qabağına ovduq qoyardım və ondan daha çox sevərdim» Peyqəmbər (s) buyurdu: «Bu nə sözdür? Övladlar ürəyin meyvəsi, gözün işığıdır. Hərçənd qorxu, xəsislik və qüssənin də mayasıdır».

10. Peyqəmbər (s) buyurur: «Öz övladının sevindirən bir adam Allahın qorxusundan ağlayan bir bəndə kimidir: Allahın qorxusundan ağlayan adam isə Pərvardigar nemətlərlə dolu behiştə göndərər».

11. Həzrət İmam Sadiq (ə) Adəm və Həvva hekayəti barədə buyurur: «Həvva dedi: «Ey Allah! Adəm nə qədər mərhəmət etmisənsə, mənə də o qədər kəramət elə!» Xitab gəldi: «Sənə həya, gözəllik və ünsiyyət vermişəm. əgər qüsl, doğmaq əzabları müqbilində sənə verdiyim əbədi savabları, ölməz ümmətləri və böyük hökmranlığı görsən gözün nurlanar, Həvva! Hamilə olduğun zaman ölən hər qadını şəhidlərlə birlikdə dirildərəm: Doğma əzabına qatlaşan hər bir qadın şəhid əcrinə malikdir; əgər salamatlıqla uşqa doğsa, günahını bağışlaram. əgər dərrd əlində can çəkişə-çəkişə canını tapşırsa, ölüm ayağında mələklər başının üstünə hazır olar və ona behiştə gedəcəyi müjdəsini verərlər və axirətdə yenidən öz əri ilə həyat sürər və behişt hurilərindən də 70 dəfə artıq gözəl olar». Həvva dedi: «kifayətdir» (Əlbəttə, bu savablar iman sahibi olmaqla bu, tamamilə mümkündür).

12. Peyqəmbər (s) buyurur: «Mənim ümmətim içində bir körpə doğularsa, o, mənim üçün onun üzərinə nur saçan günışdın daha sevimlidir».

13. Yeddinci İmam (ə) buyurur: «Öz canişinini görməyincə ölməyən kişi xoşbəxtdir».

14. Bəkr ibn Saleh Musa ibn Cəfərə (ə) göndərdiyi məktubda yazdı: «Mən beş ildir ki, övlad dünyaya gətirməkdən çəkinirəm. Çünki avadım uşaq doğmaqdan ikrah edir; deyir: «Uşaq tərbiyə etmək kasıb olduğumuz üçün bizə çətindir». Siz bu barədə nə göstəriş verərsiniz?» Həzrət cavab verdi: «Övlad sahibi ol, ruzisini Allah verəcəkdir».

15. Mərhum Səduq buyurmuşdur: «Hədis gəlmişdir: «Canişinsiz (övladsız) ölən adam elə bil ki, heç olmamışdır: canişini olub ölən adam isə sanki ölməmişdir».

16. Peyqəmbər (s) buyurur: «Doğa bilən qadınla çirkində olsa evlənin, doğmayan (qısır) qadınla gözəl də olsa, evlənməyin. Mən qiyamət günü başqa millətlərə nisbətən sizin çox olmağınızla fəxr edəcəyəm».

17. «Bilirsənmiki, kiçik yaşlarında ölən uşaqlar Allahın ərşinin altında atalarının günahlarının bağışlanması üçün dua edirlər və Həzrət İbrahimin himayəsi altında Sara tərəfindən tərbiyə olunurlar!»

18. Həzrət İmam Sadiq (ə) Həzrət Yusif hekayəti haqqında buyurur: «Qardaşlarını qəbul etmək üçün yemək hazırladı. Onlar oyağa daxil olan kimi göstəriş verdi ki, anadan bir olan qardaşlar bir süfrə başında otursunlar. Oturdular. Ancaq Benyamin tək qaldı. Yusif buyurdu: «Niyə oturmursan?» Dedi: «Mən qardaşların heç biri ilə bir anadan deyiləm». Buyurdu: «Sənin atanın başqa oğlu yox idimi?» Dedi: «Niyə, vardı». Buyurdu: «Onun yoxluğundan sən nə qədər qüssə çəkmisən?» Dedi: «Ta o vaxta qədər ki, on bir oğul atası oldum. Hamısının adını onun adına bənzətdim». Buyurdu: «Məlum olur ki, sən ondan sonra evlənmisən və öz oğullarını iyləmisən?» Dedi: «Bəli. Çünki əməlisaleh bir atam var, o mənə göstəriş verdi ki, evlən, bəlkə Allah səndən bir nəsil törətdi ki, Allahın zikri ilə dünyanı daha da qiymətli elədi».

19. «Yaşlı və doğmayan qadınla evlənməyin».


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin