Xəlvət üçün münasib olmayan vaxtlar
Əgər dünyaya gəlmiş körpələr anadangəlmə kor, kar, lal, dəli, dördbarmaq vəs. olub cüzəm və ekzema xəstəliklərinə tutulurlarsa və bu xəstəliklər ata-anaya əzab verirsə, böyük günahı və səbəbi ər və arvadın cinsi yaxınlıq vaxtı məlumatsız olmalarıdır. Gələcəkdə uşaqların bədəxlaq olması, paxıllıq, ədavət kimi mənfi xüsusiyyətlər onlarda qeyd etdiyimiz anlardan başlayır.
İndi diqqətinizi məkruh olan cinsi yaxınlıq məqamlarına cəlb edirik:
1. İstina olmadan hər ayın əvvəl gecələri.
2. Hər ayın orta gecələri.
3. Hər ayın axır gecələri.
Bu məqamalarda əmələ gələn uşaqlar düşə bilər. Əgər onlar ana bətnindən düşməyib dünyaya gəlsələr də, adətən psixi və ruhi xəstəliklərə mübtəla olurlar. Bu gecələrdə cin və şeytanların nüfuzu olduğu üçün gəlin və bəy təhlükəsizliyi təmin olunmaz.
4. Cümə günündən başqa axşam tərəfi cinsi əlaqədə olmaq məqsədəuyğun deyil. Bu zaman əmələ gələn uşaqlarda müxtəlif çatışmamazlıqlar baş verir.
5. Müsafir müddəti 3 (üç) gündən artıq seyilsə həmin gecələrdə cinsi yaxınlıq məkruhdur. Həmin vaxt dünyaya gələnlər sitəmkarların dostu və köməkçisi olar.
6. Gecənin birinci yarısı və toxqarına cinsi yaxınlıq çox məkruhdur. Bu tibbi nöqteyi-nəzərdən və digər cəhətlərdən münasib deyil. Bir sıra rəvayətlərə görə bu saatlardakı yaxınlıq çox təhlükəli olub hətta insanın ölümü ilə nəticələnə bilər. Bu zaman dünyaya gələn uşaq malına həris olar.
7. Fitr bayramı kecəsi cinsi yaxınlıqdan çəkinin. Bu zaman dünyaya gələn uşaq tərs və bədəxlaq olar. Onun uşağı olmaz. Olsa da qoca vaxtına çəkər.
8. Qurban bayramı kecəsində bu əlaqədə namünasibdir. Həmin gecə dünyaya gələn uşaq şikəst və ya 4-6 barmaqlı olar.
9. Şənbə, bazar və 3-cü günlər cinsi yaxınlıq qəti qadağandır.
10. Kiçik yaşlı uşaqlar cinsi əlaqədə olanları görüb və səslərini eşidirlərsə qadağandır.
11. Lüt vəziyyətdə cinsi əlaqədə olmaq heyvani əlamətləri xatırladır. Belə hal abır-həyadan uzaqdır.
12. Örtülü olmayan yerdə qdınla yaxınlıqetmək qəti qadağandır. Bu zaman tərəflər sakit və aram ola bilməz. Dünyaya gələn uşaq isə münafiq və riyakar olar.
13. Ayaq üstə cinsi yaxınlıq yorğunluğa səbəb olur və hər bir ləzzət vermir. Rəhmət məlakəsi belə çəxslərin evindən uzaq olar. Uşaq nöqsanlı doğular (yerinə sidik salar).
14. Namaz vaxtı azan və iqamə arasında qadınla yaxınlıq etmək məkruhdur. Uşaq dünyaya gələndən sonra qatil olar.
15. Sübh azanından günəşin çıxdığı ana qədər yaxınlıq etmək qadağandır.
16.Günəşin və ayın tutulduğu bütün günlər və gecələr, zəlzələ, qırmızı və qara yellər əsən vaxtı cinsi yaxınlıq məkruhdur. İmam Baqir (ə) belə hallarda yaxınlıq edib ləzzət almağı zərərli hesab edir.
17. Hamilə qadınla qüsl etməmiş və dəstamazsız cinsi əlaqədə olmaq qəti qadağandır. Bu gələcək övladda pis əhval ruhiyyə oyadır.
18. Meyvəli ağac altında yaxınlıq etmək məqsədəuyğun deyil. Bu doğulan pis xüsusiyyətlər yaradır. Belə ki, o casus və insan qatili olur.
19. Məğrib namazı astanasında. Günəş qurub edərkən cinsi əlaqədən yaranmış uşaqlar cadugər, sehirbaz və dünyagir olar.
20. Cinsi əlaqə zamanı qadının abır yerinə baxmaq məkruh sayılır. Bu hal bir sıra çətinliklər yaratmaqla yanaşı uşağın dünyaya kor gəlməsinə səbəb olar.
21. Cinsi əlaqə zamanı bir dəsmalla təmizlənmək olmaz.
22. Üzü qiblə və onun əksinə cinsi əlaqədə olmaq məkruhdur. İmam Sadiq (ə) bir hədisdə bunu qadağan edib və onun mənfi təsirindən danışıb.
23. Başqa qadının eşqi və həvəsi ilə qadınla yaxınlıq etmək qadağandır. Bu peşmançılıqla nəticələnər. Belə vəziyyətdə əmələ gələn uşaq sitəmkər və insan qatili olar.
24. Cinsi yaxınlıq vaxtı Quran oxumaq məkruhdur. Peyqəmbər (s) buyurur ki, qorxuram belə halda göydən bir od düşə, kişi və qadını yandıra.
25. «Bismillah» sözünü zikr etmədən qadına yaxınlaşmaq olmaz. əks tətəqdirdə şeytan dəxalət edər və uşağın yaranmasında şərik olar.
26. Bir necə dəfə cinsi yaxınlıq icra edilirsə, onların arasında qüsl etmək məkruhdur.
27. Cinsi əlaqəyə vaxtı çox danışmaq qadağan edilişdir. Bu halda uşağın kar və lal olmasına səbəb olar (cinsi əlaqəyə təhrik edən cümlələr istinadır).
28. Gəmidə səfərə çıxarkən, ümumiyyətlə səyahət zamanı cinsi əlaqədə olmaq məkruhdur. Onun üçün müvafiq şərait (çimmək üçün) varsa, məkruh deyil.
29. Cinsi əlaqəyə zamanı qadın və kişi həna yaxmış olsa bu hal məkruh sayılır. Bu onların övladlarına pis təsir edər.
30. Dördüncü gündən başqa günorta çağı və ona yaxın bir vaxtda yaxınlıq etmək məkruhdur. Bu uşağın gözlərinin şikəst olmasına səbəb olar.
31. Yol üstündə, adamların gözü qarşısında yaxınlıq etmək olmaz.
32. Cinsi əlaqədə olan kişi və qadında Quran ayəsi yazılmış üzük varsa bu haram sayılır.
33. Aybaşı olan qadınla yaxınlıq haramdır. Lakin qadın aybaşıdan təmizlənibsə, yuyunmazdan əvvəl onunla yaxınlıq məkruhdur.
34. Yorxun və yuxusuz halda cinsi əlaqədə olmaq məzəmmətə səbəb olar. Bu övladın sonsuzluğuna səbəb olar və onu pis yollara vadar edər.
35. Örtüksüz, ay və günəş altında cinsi əlaqədə olmaq məzəmmətə səbəb olar. Dünyaya gələn övlad ehtiyac içərisində olar və hətta tələf ola bilər.
Bütün bu rəvayətlər Məsumlardan gəlib əlimizə çatmışdır.
Dostları ilə paylaş: |