2. Spermanın normal təhrik olmaması.
İslam kişilərə tövsiyə edir ki, qadınlarının ruhi istəklərini hiss etsinlər. Cinsi əlaqədə olan zaman tələsməsinlər. Müəyyən zarafat və məhəbbət ilə qadında hazırlıq yaratsınlar. Bu şəraitə riayət etməyəndə, spermanın normal halda gəlməsinə şərait yaratmayanda müəyyən narahatçılıqlara səbəb ola bilər.
Seksopotoloqlar belə fikirdədirlər ki, cavan çağlarında anonizm və digər fəsadlı işlərlə məşğul olmiş qadınlarda cinsi zəiflik müşahidə olur.
Ola bilsin ki, belə şəxslərin əsəb sistemi xəstəliyi və xüsusən ürək nevrozu mövcüdolsun və amillər onların zəifliyinə şərait yaratsın. Elə şəxslər vardır ki, onlar cinsi əməliyyatı ilk vaxtlar sürətlə icra edirlər. Bu onların bədəninin güclü və hərarətli olması və cinsi əlaqə meylinin həddən artıq olmasıdır. Bir necə aydan sonra cinsi proses öz təbii halına qayıdır. Belə şəxslər üçün narahat olmasına dəyməz. Lakin yuxarıda qeyd edilən hal bir neçə aydan sonra əvvəlik halına qayıtmazsa onun səbəbləri araşdırılmalıdır.
Digər qrup şəxslər cinsi əlaqəni gec icra edirlər, bir sıra şəxslər yoldaşına qarşı etinasız olduğundan belə vəziyyətə düşürlər. Çünki arvadın zahiri görünüşü, gözəlliyi, onun əxlaqı və ərinə qarşı olan məhəbbəti ərin cinsi əlaqəyə daha çox meyl göstərməsinə səbəb olur. Bu halda bəzən spirtli içkilər, narkotik maddələr qəbul edilməsi, cinsi əlaqədə çox olmaqla əlaqədar olur. əgər vaxtında müalicə olunmazsa həmişəlik bu xəstəliyə mübtəla ola bilər.
Müalicəsi: - Cinsi catişmazliğa ducar olmuş şəxsləri eyni cür müalicə etmirlər. İlk növbədə xəstəliyitörədən amillər müəyyənləşdirilməli və sonra buna uyğun müalicə aparılmalıdır.
Əgər xəstəliyi törədən amillər anonizm, spirtli içkilər və narkotik maddələrdirsə onun aqibətini başa düşərək dərhal onlardan uzaqlaşmalıdır.
Bu catişmazliğın amili həyat yoldaşının xarici görünüşü və digər xüsusiyyətlərdirsə, kişi dostcasına və mehribanlıqla bu catişmazliqları arvadına xatırlatmalı və arvad öz növbəsində nəvaziş və mehribanlıqla bu catişmazliqları aradan qaldırılmasında ərinə kömək etməli, ailə səadətinin və həyatının dağılmasının qarşısını almalıdır. Əgər cinsi qüsurun səbəbi zəiflik və qida catişmazliğı ilə əlaqədardırsa, qeyd etdiyimiz kimi, hormonlu yemək və meyvələrlə çətinliyi aradan qaldırmaq olar. Cinsi əlaqənin vaxtından əvvəl baş verməsinin qarşısını almaqdan ötrü prezirvativdən istifadə etmək və dəniz qırağında isti qum vannası qəbul etmək məsləhət görülür. Bundan əlavə istirahət, əsəbləri sakitləşdirmək də faydfalıdır.
Dostları ilə paylaş: |