AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə26/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   22   23   24   25   26   27   28   29   ...   151
NAMƏHRƏMƏ BAXMAQ
1. Peyqəmbər (s) buyurmuşdur: «Hər kim qoşunun otağının qapısına baxsa və bir kişinin arvadını, ya onun bədəninin bir tükünü görsə, Allahın haqqı vardır ki, dünyada onun qadınların eybini axtarmaq dalınca gəzən münafiqlərlə birlikdə atəş içinə atsın, Allah onu rusvay etməyincə dünyadan köçməsin və axirətdə də eyblərinin üstünü örtməsin» (Bu o zaman olur ki, o şəxs tövbə etməsin və keçmiş günahlarından azad olunmasın).

2. Yenə o Həzrət buyurur: «Kim gözünü haramla doldursa, əgər ölümdən qabaq tövbə etməsə, qiyamət günü Allah onun gözlərini atəşlə doldurar».

3. Həzrət Peyqəmbər (s) başqa bir hədisdə Əliyə (ə) buyurur: «Ya Əli! Bir dəfədən artıq baxmaq caiz deyil; ikinci dəfə baxma!» Birinci bbaxış həmən gözünə dəymək, gözü sataşmaqdır ki, qarşısını almaq mümkün deyil, insandanasılı olmayaraq baş verir, lakin ondan sonra baxırsa və bu mənzərədə bir naməhrəmlik olduğunu düşürsə, ikinci baxışdan (bu tamamilə qəsdən olan baxışdır) imtina etməlidir. Yəqin məşhur: «Bir baxış halaldır» cümləsi də buradan götürülmüşdür burada təbii baxış nəzərdə tutulur, çünki birinci və ikinci qəsdən baxmaq mahiyyətcə eyni şeydir.

4. Həzrət Baqir (ə) buyurur: Peyqəmbər (s) bir necə şəxsi lənətləmişdir: öz arvadında və kənizindən başqa qeyri bir qadının tənəsül əzasına baxan kişi; öz qardaşının namusuna xəyanət edən kişi; ehtiyac içində olanlara dini təlimi öyrətmək üçün rüşvət istəyən fəqih».

5. Yenə Həzrət Baqir (ə) buyurur: «Cavan bir ənsar Mədinənin küçələrindən birində bir qadınla rastlaşdı. Xanım çarqatını qulağının dibinə endirmişdi və təbii ki, üzü, alnı və boğazı görünürdü. Cavnin gözü onu üzünə dikildi. Qadın keçib getdi, ancaq cavan nəzərlərini ondan çəkmədi. Gedirdi, ardınca baxırdı. Nəhayət, dar bir küçəyə buruldu. Qəfildən sümükmü, şüşəmi parçası oğlanın üzünü parçaladı. Qadın gözdən itəndən sonra oğlan gördü ki, paltarı və sinəsi qana bulaşdı. Dedi: «Allaha and olsun gedirəm Peyqəmbərə danışam». Gəldi və əhvalatı söylədi. Bu ayə həmin münasibətlə nazil oldu: «Mömin kişilərə de: «Gözlərini naməhrəmdən çəkinsinlər və öz qadınlarına baxsınlar. B namusluq onların təmiz qəlbliyi üçün daha yaxşıdır. Allha onların işindən xəbərdardır».

6. «Qadınların gözəlliklərinə baxmaq şeytanın açdığı atəşdir. Hər kəs bu baxışlardan əl çəksə, Allah ibadət məzəsindən ona dadızdırar ki, bu da onun sevincinə səbəb olar».

7. «Mən öləndən sonra kişilər üçün qadınlardan daha ziyanlı bir fitnə olmayacaqdır».

8. Əli (ə) buyurur: «Gözünü azad buraxan (hər şeyə baxan) adam qəlbini əzaba salar. Azad şəkildə dalbadal hər şeyə baxan adamın daimi həsrət olar»

9. Fəzl ibn Əbbas Peyqəmbər (s) tərkinə minmişdi və Ətrafata tərəf gedirdilər. Fəzl xoşsima bir cavan idi. Yolda bir ərəbə rast gəldilər: bacısı ilə gedirdi. Xanım misilsiz bir gözəlliyə malik idi. Ərəb Peyqəmbərə suallar verməyə başladı. Fəzl altdan-altdan o xanıma baxırdı. Fəzlin hərəkətlərinə diqqət yetirən Peyqəmbər əlini onun gözünün qabağına tutdu. Amma.... Peyqəmbər əli hansı tərəfdən irəli uzandısa. Fəzl digər tərəfdən qıza gözlərini zillləyirdi. Söhbət qurtardıqda Həzrət üzünü Fəzlə tutub əlini çiyninə qoydu və buyurdu; «Məgər bilmirsənmi ki, bu günlər Allaha tərəfindən Quranda da ehtiramla xatırlanan həmən «məlumat və məlumat» günləridir? Hər kəs bu günlər öz gözünü, dilini və lini saxlasa, Allah gələn ilin həcc savabını onun əməl dəftərinə yazar».

10 Həzrət Sadiq (ə) buyurur: «Heç kəs göz yummaqdan (naməhrəmə baxmaqdan) əldə etdiyi qənimət kimi qənimət əldə etmişdir; əgər göz harama baxmaqdan çəkinsə, haqqın əzəmət və cəlalını görməkdə qabağ düşər».

11. Əmirəl-möminindən (ə) soruşdular: «Harama göz yummaqda hansı vasitələrdən istifadə edək?» Buyurdu: «Bu nöqtəni unutmayın ki, siz Allah qüdrətinin əlindəsiniz: 0, sizin bütün sirrlərinizdən xəbərdardır. Göz ürəyin casusu və əqlin keşikçisidir. Dinə münasib və uyğun olmayan şeylərə göz yumun!»

12. Həzrət Sadiq (ə) buyurub: «Baxış şeytan oxlarının içində zəhərli bir oxdur». Çünki çox belə hallar olmuşdur ki, bir baxış uzuuzadı həsrətlə nəticələnmişdir. Bu cür baxışlara yol verməyən hər kəsə Allah elə bir iman verər ki, onun dadını hiss edər».

13. Adi və qyğısız adamlardan heç kəs zinadan faydalanmamış deyil. Gözün zinası baxışdır, ağızın zinası ğpüşdür, əlin zinası toxunmaqdır. Əsil zina əməli baş versə də, verməsə də bunlar zinadır.

14. «Baxış dalınac baxış qəlbə şəhvət toxumu səpir və bu fitnə insanı yoldan azdırmaq üçün kifayətdir».

15. Kimin gözü naməhrəmə sataşsa və bu zaman başını asimana qaldırsa, ya gözünü yumsa, hələ baxışını döndərməmiş, Allah bunun əvəzində (cənnətdə) huruleyn ilə izdivac etmək huququnu əməl dəftərinəqeyd edər».

16. Həzrət Rza (ə) Mühəmməd ibn Sənanın sualına cavab verəndə yazıb buyurmuşdu: «Allah-Təala qadının saçına istər ərli olsun, istər ərsiz baxmağı haram buyurmuşdur, çünki bu şəhvət doğuran baxışdır və şəhvət hissi insanı fəsad, qeyri-şəri və xoşagəlməz əməllər qucağına sürükləyir. Yalnız tükə baxmaq deyil, qadının bədəninin belə xüsusiyyətə malik olaan hər əzasına baxmaq haramdır. Allah yalnız bir məqamı istisna etmişdir: daha ərə getmək ümidi olmayan yaşlı qadınların öz üst paltarlarını (çadra kimi) bəzənib düzənmədən çıxarmaqlarının qoxusu yoxdur. Ancaq bəzənib naməhrəmlərin gözü qabağına gəlməməlidirlər. Bəli, bu Qurandır ki, hətta qoca arvadların da zər-zivər parıltısı içində məsum subay cavanları həvəsə gətirmələrinə, onların fikirlərini, fikirlərinin dalınca da ətəklərini (əllərini) çirkaba bulaşdırmalarına razı olmur. Bu, Allahdır ki, insanın güclü cinsi xislətinin zahirə çıxmasının qarşısını tamamilə alır ki, ömrün baharı əyyaşlığa və şöhrətpərəstliyə sərf olunmasın, cavanların fikri və əsəbi ehtiyatları Allahpərəstlik, ictimai xadmət, yüksək insani məqsədlərin inkişafı yolunda istifadə olunsun. Bəli, bu Allahdır».

17. İsa ibn Məryəm (ə) dostlarıan buyurdu: «Haram baxışdan çəkinin ki, şəhvət toxumu və əxlaqsızlıq otudur».

18. Peyqəmbər (s) buyurur: «Bu kişilərin baxışları keşilçidir və onların puçluğunun və fəsadının mayası da elə budur. Bəzən sizlərdən birinin gözü çox gözəl bir qadına sataşanda dərhal öz həyat yoldaşınızlan müqaisəyə edin; o da sizin qadınınız kimi bir qadındır».

19. «Gözlər şeytanın toplarıdr».

20. «Baxış fitnənin müqəddiməsidir».

21. «Gözü əldən vermək (baxmaq) qəlbi açan bir mənzərə görməkdən yaxşıdır».

22. «Çox baxış var ki, həsrətlər yaradır».

23. «Gözünü qapayan adam ürəyini rahat edir».

24. «Gözünü azad buraxan (hər şeyi baxan) adam ölümü istiqbalına tələsr».

25. «Gözünü qapayan (hər şeyi baxmayan) adam daha aqz təəsüflənər və məhv olmaqdan amanda olar».

Bura qədər nəql olunan rəvayətlərin hamısı kişinin baxmağına aid idi.



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin