AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu


İzdivac – Hədis və rəvayətlər baxımından



Yüklə 1,14 Mb.
səhifə4/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   2   3   4   5   6   7   8   9   ...   151
İzdivac – Hədis və rəvayətlər baxımından
İzdivac – İslam dinində insanların tale yükü məsələlərindən ən mühüm olduğu üçün bu haqqda bəhs olunan hədis və rəvayətlərin sayı-hesabı yoxdur. O cümlədən:

1. İmam Mühəmməd Baqir (ə), Rəsuli-Əkrəmdən (s) belə nəql edir: «İslamda Allah yanında İzdivac qədər mühüm və bəyənilmiş bir bina yoxdur».

2. İmam Cəfər Sadiq (ə) buyurur: «Evlənmiş bir şəxsin iki rükət namazı subay adamın 70 rükət namazdan, üstündür».

3. İmam Cəfər Sadiq (ə) Rəsuli-Xudadan (s) belə nəql edir: «Sizin ölülərinizin ən pisi evlənməmiş insanlardır».

4. İmam Cəfər Sadiq (ə) Rəsuli-Əkrəmdən (s) belə nəql edir: «Cəhənnəm əhlinin əksəriyyəti dünyadan izdivacsız gedənlərdir».

5. İslam Peyqəmbəri (s) buyurur: «Hər kəs kasıbcılıqdan qorxub evlənməsə, şübhə yox ki, o, Allahdan bədgüman olmuş olur».

6. Rəsuli-Xuda (s) buyurub: «Allah-Təala yanında İslam dini əsasında qurulmuş bir ailə qədər bəyənmiş bir iş yoxdur».

7. Peyqəmbər salavatullah buyurur: «Gənc oğlan və gənc qız bir-birini sevib ailə qurarkən şeytan nalə çəkərək deyilir «Vaveyla, vaveyla ki, bu cür cavanlar öz dinininüçdən bir hissəsini məndən qoruya bildilər!» Gərək bu Allah bəndələri dinlərinin qalan iki hissəsində də öz TANRIlarından qorxub çəkinsinlər».

8. Əziz Peyqəmbərimiz Osman adlı bir nəfərə hansı ki, yaşının ötməyinə baxmayaraq heç evlənməmişdi, çox narazı və ciddi halda xəbərdarlıq edərək buyurdu: «Ey Osman! Allah-Təalla bizi rahiblik (tək-tənha yaşamaq) üçün xəlq etməmişdir. Mən də namaz qılır, oruc tutur və həm də öz həmsərimlə (həyat yoldaşımla) yaxınlıq edirəm. Hər kim mənim qoyduğum adət-ənənələri bəyənirsə gərk bu ayinləri yerinə yetirsin və izdivac mənim ayinlərimdən biri, həm də mühümüdür».

9. Peyqəmbər-Əkrəm (s) buyurur: «O kəsin ki, evlənməyə imkanı var, lakin evlənmir, o mənim ümmətimdən deyil».

10. Rəsuli-Xuda (s) buyurub: «Xüdavəndi-aləm ərşdən dörd qəbildən olan insanları lənətləyir, mələklər də amin deyir. Bunlardan biri o kəsdir ki ki, evlənməkdən boyun qacırır, o məqsədlə ki, oğul-uşaq, külfət dərdi çəkməsin».

11. Həzrət Peyqəmbər (s) buyurub: «Evli adam qıldığı iki rükət namaz subay adamın gecəni səhərədək oyaq qalmağından və gündüz oruc tutmağından yaxşıdır».

12. Rəsuli-Xuda buyurub: «Allahın rəhmət qapısı dörd yerdə açılır, onlardan biri insan ailə qurarkən baş verir».

13. İmam Mühəmməd Baqir (ə) buyurur: «Mən sevmərəm dünyanı və onun hər nəyi var o gecə ki, zövcəm olmasın».

14. Həzrət Peyqəmbər (s) buyurub: «Mənim ümmətimdən ən yaxşıları evlənənlər və pisləri isə subay qalanlardı».

15. İmam Cəfər Sadiq (ə) buyurulub: «Rəsuli-Xuda (s) ərə getmək istəməyən qadınları qınayır və onlara ailə qurmağı tövsiyə edirdi».

16. İmam Cəfər Sadiq (ə) buyurub: «Gəlin keçən evi Allah-Taala sevir».

Böyük ilahi neymət, insanı həyatının və gələcəyinin mayası, ictimai inkişafa təsir edən, ailədə xoşbəxtlik və səadətə səbəb olan amillərdən biri də cinsi yaxınlıqdır (əlaqədir), etiras hissidir. Belə bir hissiyat hər bir sağlam insanın varlığında mövcuddur və bunsuz həyatdan ləzət almaq mümkün deyil. Çünki bu əvəzsiz ilahi nemət bəşər nəsillərinin başlanğıcı olub, ər və arvad qırılmaz sürətdə bir-birinə bağlayan və ailə mühitini behiştə çevirən amildir.

Yemək-içmək, yatmaq, nəfəs almaq və insan üçün zəruri olan digər amillər təbii bir zərurət olduğu kimi cinsi ehtiyacın da ödənilməsi hər bir şüurlu insanın istəyidir. Həmin məqam çatan zaman onu düzgün sürətdə yerinə yetirmək və insanın ehtiyacını təmin etmək lazımdır.

Bütün cavanlar: istər qızlar və istər də oğlanların ailə qurması zəruridir. Əgər bu müqəddəs birlik həyata keçirilməzsə, arzuolunmaz çətinliklərlə rastlaşa bilər. Çünki cinsi böhran zamanı onu şəriət qanunları ilə aradan qaldırmaq müyəssər olmazsa, o zaman da narkotik maddələrə meyl salacaq və yaxud da namus və ismətə zidd olan cinayətlərə əl atacaqlar. Dəyanətli, mömin, etiqadlı olmaqlarına baxmayaraq iztirab, narahatlıq və yorğunluq kimi amillərlə qarşılaşacaq, həyatlarını kədər və qəmlə başa vuracaqlar.



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin