Abır-həya olmazsa, nə etmək lazımdır?
Yolxucu xəstəliklərin qarşısını almaq üçün peyvənd etmək zəruri olduğu kimi İsdlam cəmiyyətdə qeyri-qanuni cinsi yaxınlığın qarşısını almaq üçün göstəriş verir ki, siz imanınızı və Allaha etiqadı gözü-könlü tox olmaqla müxtəlif ictimai yerlərdə iştirak edər və özünüzü arzuolunmaz hadisədən qoruya bilərsiniz.
Müqəddəs Quran bu bairədə yazır: «Mömin kişilərə deyin:
- Naməhrəmə baxmasınlar, yollarını azmasınlar. Həmçinin imkanlı qadınlara çatdırın ki, onlar da gözlərini naməhrəm kişilərdən çəkinsinlər, öz namuslarını qorusunlar və bədənlərini başqa admlara göstərməsinlər».
Doğrudan da naməhrəm qadın və kişilərin bir-birinə baxmaqdan çəkinməsi, hicaba riayət etmək cəmiyyəti pis və bədbəxt əməllərdən çəkindirir.
Lakin şorgözlük, bədənini nümayiş etdirmək, əyyaşlıq məclisləri və yığıncaqları, naməhrəm qadın və kişilərin bir yerə yığışması və digər mənfi halların nəticələri peşmançılıq və təəssüf hissinə səbəb olur. Bu gün baş verən yüzlərlə hadisə onun fəsadlarından doğru.
İmam Səccad (ə) «Cəmiyyətin huquqları» haqqında belə buyurur: «Cinsi yaxınlıq və ehtiras hissinin sənin boynunda haqqı budur ki, onu haramdan qoruyasan və bu müqəddəs vəzifəni yerinə yetirmək üçün gözü-könlü tox olmalısan. Bu hadisələrin qarşısını almaq naməhrəmə baxmamaq ən yaxşı vasitədir».
Həzrət İmam Cəfər Sadiq (ə) buyurub: «Hər kəs gözü əcnəbi qadına sataşan zaman baxışlarını gizlətmək üçün göyə və yerə baxsa bir göz qırpımında ulu Tanrı bu hərəkətə mükafat olaraq onu behişt hüriləri ilə evləndirər».
Bu ayə və hədislərdə gözü yummaq şəhvətin qarşısını alan ən yaxşı vasitə kimi təqdim edilmişdir».
Dostları ilə paylaş: |