AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə45/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   41   42   43   44   45   46   47   48   ...   151
Qeyrət hissini gücləndirilməsi
Cavanları əxlaqi pozğunluq, yoldan çıxmaq kimi pis şeylərdən uzaqlaşdıran amillərdən biri də qeyrət hissidir. Çünki hər kəsin nəzəri başqasının namusuna yönələrsə, onun öz namusu başqalarının baxış hədəfinə çevrilər. Belə bir hədisdə buyurulur: «Bir cavan, Allahın Elçisinin hüzuruna gəlib belə ərz etdi: «İcazə verin zina edim?!»

Allahın Elçisi buyurdu: «Yaxın gəl». Cavan dərhal ona yaxınlaşdı və Peyqəmbərin qarşısında əyləşdi. Həzrət buyurdu: «Sənin xoşuna gələr başqası ananla zina etsin?»

- Cavan cavab verdi: «Xeyir, Ya Rəsul Alllah».- Peyqəmbər: «Eləcədə adamlar istəmir ki, onların anası ilə zina etsinlər. Ey cavan, sən istəyərsən ki,başqaları sənin istədiyin qızla namusuzluq etsinlər?»

- Cavan: «Xeyir, sənə fəda olum».

- Peyqəmbər: - «Eləcə də başqaları razı olmaz ki, onun qızı ilə pis rəftar edələr. Sən istəyirsənmi ki, başqaları sənin bacını qoynuna alsın?»

- Cavan: «Xeyir, ya Peyqəmbər».

- Cavan verdiyi suala görə tam peşman oldu. Ona dua edilməsini xaiş etdi. Peyqəmbər ona dua etdi və bu əmələ nifrət etdi.

Maraqlıdır ki, Peyqəmbər həmin cavanı qeyrət hissi vasitəsilə bu əmələ görə peşman etdi. Həzrət Əmirəl-möminin bu məsələyə işarə edərək buyurur: «Qeyrətli adam zina etməz. Çünki öz işinin aqibətindən və adamların intiqamından qorxar. O bilir ki, başqaları ilə zina edənlərin aqibəti həmin şəxslərin də onun məhrəmləri ilə zina etməyi ilə nəticələnər».

İmam Sadiq (ə) xəbərdarlıq edib bildirir: «Əgər həyalı və təmiz əqidəli olasanız, arvadlarınız və məhrəmləriniz də təmiz olar. Əgər siz başqalarına təcavüzə məruz qalar».

Bu hədislərdən belə nəticə çıxarmaq olur ki, qeyrətli cavnlar ən kiçik əxlaqsızllıqdan belə çəkinirlər, qorxurlar və razı deyillər ki, arvadları, bacıları, ansları və qızları onun-bunun təcavüzunə məruz qalsınlar. Ona görə də onların özləri əxlaqa zidd hərəkətlərdən qorxurlar... Qərbin və qərbpərəst kəslərin qeyrətsizlik simvolu olan mədəniyyətinin təsiri altına düşmürlər.



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin