Bu barədə İslamın fikir və nəzərləri
İslam ailənin müqəddəsliyinə ehtiramla yanaşıb və onun sərhədlərinə təcavuz etməyi məhkum edir və pisləyir. Ailənin müqəddəs ocağını qorumaq məqsədi ilə İslam ər və arvadlara bir sıra göstərişlər və xüsusi tövsiyələr vermişdir. Bunlara əməl olunması ailələrin birliyini möhkəmləndirir və ər-arvadın bir-birinə qarşı olan məhəbbətinin bir neçə dəfə artırır.
Ailəli adamların duçar olduqları fəsadlara qarşı İslamın baxışı başqa cürdür. Əksinə, İslam bu məsələləri onun kökləri, baş vermə zəminləri və şəraiti nöqteyi-nəzərindən araşdırır.
Qadının cinsi zəifliyi barəsində: Əgər əlacı yoxdursa, kişi yenidən (başqası ilə) evlənmək yolu ilə bu problemi aradan qaldıra bilər. Əgər bu catışmamazlıq kişinin tərəfindən olsa onda kişi arvadını boşalmalı və arvadını yenə ər seçməkdə azad buraxmalıdır. Əgər əxlaqsızlıq yeni və başqa-başqa adamlarla yaxınlıq etməklə bağlı olarsa başqa üsul və yollarla geyim, xarici görünüş ər və arvadın mehriban və təsiredici söhbətləri, bütün insanların bir-birinə oxşaması, ancaq zahiri görünüşə görə fərqli olması kimi yollarla arzu edilən və istınilən nəticələ əldə etmək olar.
Diqqətinizi iki hədisə cəlb edirik: Allahın Rəsulu (s) buyurur: «Əgər gözəl simalı bir qadın görüb yoldan çıxsanız (təhrik olsanız) ailənizin yanına gedin. Çünki qadınlar ərlərini təmin etmək nöqteyi-nəzərindən bir-birinə bənzəyirlər».
Əli (ə) belə nəql edir: «Bir kişi Allahın Peyqəmbərindən soruşdu: «Anamın otağına daxil olan vaxt ondan icazə almalıyam?» Əziz Peyqəmbər (s) buyurdu: «Onu paltarsız görmək istəyərdinmi?» Cavab verdi: «Xeyir». Peyqəmbər (s) buyurdu: «İcazə al». Cavan soruşdu: «Bacım yanımda başını açır və saçlarını darayır» Həzrət buyurdu: «Nə üçün?» Peyqəmbər cavab verdi: «Qorxuram onun gözəlliklərini görüb şeytanın toruna düşəsən».
Əziz oxucular bilirlər ki, şəriət qanunları ilə qardaşın bacısının saçlarına baxması qadağan edilmir. Allahın Elçisi əxlaqı qadağan məqsədi ilə bu göstərişi verib. Buna «Əlmənsus-əl-İllət» hədisində işarə edilib. Yəni qadağan olunmanın səbəbi hədisin özündə əks olunmuşdur və bu şeytanın aldatmasıdır.
Belə olanda xarici kinolara və dəniz qırağında olan abır-həyasız səhnələrə baxmağın acı nəticələri çox aydındır.
Dostları ilə paylaş: |