AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu


Cinsi ehtirası tənzimləyən və kontrol edən faktorlar



Yüklə 1,14 Mb.
səhifə48/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   44   45   46   47   48   49   50   51   ...   151
Cinsi ehtirası tənzimləyən və kontrol edən faktorlar
Cinsi ehtirasın tənzimlənməsi və kontrol edilməsi istiqamətində haqqında bəhs edilmiş amillərdən başqa idmanlada ona qarşı mübarizə aparmaq olar. Evlənmək üçün hələlik zəmin və şəraiti olmayan bir cavan bekar qalmaqdan uzaq olmalıdır. Həmin vasitə ilə olursa-olsun özlərini məşğul edib bilməlidirlər ki, cavanlıq dövründə hər nə qədər istəsələr inkişaf edə bilərlər. İctimai, iqtisadi və elmi sahələrdə mərhələlər fəth edə bilərlər. Digər tərəfdən bu cür işlər onları arzuolunmaz cinsi əlaqədən çəkindirər.

Qidalanmanın növü, onun kəmiyyəti və keyfiyyəti şəhbətin şiddətlənməsində və sakitləşməsində böyük təsirə malikdir. Buna görə də cavanlar çox yeməkdən uzaq olmalı və bu zəmində təsiri olan cinsi şəhvətdən uzaqlaşmağa kömək edən yeməklər yeməlidir. Misal üçün limonlu yeməklər, dişi heyvan əti, ədviyyə, turşu, qəhvə. Müxtəlif qida yeməkləri və cinsi əlaqə haqqında yazılan kitablarda qeyd olunduğu kimi müsbət təsiri vardır. Hər şeydən öncə sağlam istirahət, alpinizm, elmi müsabiqələr, lazımı miqdarda gündəlik idman və başqa proqramlar cinsi etirasın sakitləşməsindən fövqaladə əhəmiyyətə malikdir.

Müqəddəs İslam dinində bütün bunlar haqqında xüsusi göstərişlər vardır. Məsum İmamlarımızız və Peyqəmbər idmançıları sevmiş və bir çox hallarda özü şəxsən yarışlarda iştirak etmiş və qaliblərə özü şəxsən hədiyyələr təqdim etmişdir.

Nəhayət, subay cavnlar başqalarına nisbətən şəhvətləndirici səhnələrdən uzaq olmalı, qorxulu kinolara, evlənmək haqqında olan seriallar, seksual mövzuda olan şəkillər, qadınların və qızların həyacanlandırıcı səslərini eşitməkdən çəkinməkj, münasib olmayan filimlərə tamaşa etmək, şəhvətin artmasına səbəb olan mövzular oxumaq, şəhvətpərəst dostlarla oturub-durmaqkimi hallardan çəkinsinlər.

Əks təqdirdə şeytan və şeytan cilidində ola insanların toruna düşəndən sonrakı peşmancılıq fayda verməz.

Biz bir daha cinsi ehtirasın qarşısını alan amillərin sayahısını təqdim edirik:

1. İsmətli olmaq və özünü saxlamaq;

2. Hicaba riayət etmək və sağlam şərait yaratmaq;

3. Biganə həyasızlıq mədəniyyətinin qarşısını almaq;

4. Oruc tutmağı davam etdirmək, çox yeməkdən çəkinmək;

5. Bədənin tüklərini az saxlamaq;

6. Qeyrət hissini canlandırılması;

7. Naməhrəmə baxmaqdan çəkinmək;

8. Alldan və insanlardan abır və həya etmək;

9. Sağlam əyləncə, idman, qidalanma, şəhvət yaradan ictimai yerlərdən uzaq olmaq;

10. Bütün hallarda və hər zaman Allahı yad etmək və təqvalı olmaq.



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin