AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə50/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   46   47   48   49   50   51   52   53   ...   151
Qızın dəyəri
Allah-Təalanın buyurmuşdur: «Onlardan (Müşriklərdən) birinə qızı olması münasibəti ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralır. Vertilən bu bəd müjdəni eşitdikdə öz tayfasından qaçıb gizlənər. Görəsən bu körpəni zillət içində saxlayacaq, yoxsa torpağa köməcək? Bir görün onlar necə pis mühakimə yürüdürlər?»

1. Bir kişi Peyqəmbər hüzurunda oturmuşdur. Bir nəfər gəlib övladının doğulduğu xəbəri verdi. Kişinin sifəti dəyişdi, Peyqəmbər (s) buyurdu: «Nə oldu?» Dedi: «Xeyirdir». Buyurdu: «Söylə!» Dedi: «Mən evdən çıxanda arvadım hamilə idi. İndi xəbər gətirdilər ki, qız doğub». Peyqəmbər buyurdu: «Torpaq yükünü çəkər, asiman üstünə kölgə salar, Allah ruzisini verər. Özü də bir dəstə reyhandır, sən qoxlayarsan!»

2. «Qız yaxşı övladdır: mehriban, dadaçatan, munis, mübarək və uşaq doğub tərbiyə edəndir».

3. «Allah oğlanlara nisbətən qızlara daha mehribandır. Kim öz qohum-əqrəbəsindən bir qadını sevindirsə, Allah qiymətdə onu sevindirər».

4. «Sizin ən yaxşı övladlarınız qızlarınızdır».

5. «Birinci övladı qız olan qadın mübarəkkdir».

6. Həzrət Zeynalabdin (ə) buyurur: «Kim iki qızına, ya iki bacısına, ya iki xalasına himayıdarlıq etsə. Allah onu cəhənnnəm atəşindən hifz edər».

7. Əli (ə) buyurur: «Peyqəmbərə qızının doğulduğu xəbərini verəndə buyurdu: «Bir reyhandır, Allah ruzisini verər, ruzisi Allahdandır»

8. Həzrət Rəsul (s) buyurur: «Kim iki, ya üç qıza himayədarlıq eləsə, behiştdə mənimlə əyləşəcəkdir».

QEYD: Əlbəttə, o şəxsin iman sahibi olması digər dini vəzifələrinini yerinə yetirilməsi və qızlarına İslami tərbiyə verməsi və cəmiyyətdə əməlisaleh qadınlar verməsi şərti ilə yalnız belə olduqda Peyqəmbəri-Əkrəmin divar qonşusu olacaqdır. Çünki o həzrət də qəsdən qız tərbiyə etmişdir və mübarək nəsli qızın vaditəsilə artıb çoxalmış və yaşamışdır.

9. «Qızı olan hər adam Allahın köməyi, bərəkəti və bəxşışı nəsib olacaqdır».

10. «Üç qıza hamilik edən adamın behişdə üç bağı vardır ki, hər biri dünyadan və dünya olan hər şeydən daha genişdir».

11. «Qız yaxşı övladdır, kimin ki, bir qızı var, o, onu cəhənnəmdən hifz edər. Kimin ki, iki qızı var Allah onu behiştə daxil edər. Kimin ki, üç qızı var, ya üç bacısına himayədarlıq edir, cihaddan və sədəqədən azdır».



QEYD: «Çünki çox hallarda o, ailə sahibi olur, ancaq çörək qazananı olmur və ailəni dolandırmaq onun üzərinə düşür. Nəticədə kifayət qədər vacib və bəzən müstəhəbb olan cihad, vacib zəkat verməkdən o, azad olunur».

12. Bazara gedib arvad-uşağına töhfə alan adam ehtiyacı olanlara sədəqə vermiş çəxsə bənzəyir: qızları oğlanlardan üstün tutmaq lazımdır, çünki bir qızı sevindirən hər kəs sanki İsmayıl nəslindən olan bir qulu azad etmişdir».

13. «Qızı olan, onu özündən uzaqlaşdırıb incitməyən və oğlanlarını ondan üstün tutmayan adamı Allah behiştə göndərir».

14. Həzrət Sadiq (ə) buyurur: «Yaranmışların ən şərəflisi olan Peyqəmbər bir neçə qız atası olmuşdur».

15. «Bir kişi qızlarının qüssəsindən İmam Sadiq (ə) yanında nalə edirdi. Həzrət buyurdu: «Məgər xəbərin yoxdurmu ki, Peyqəmbər (s) belə buyurmuşdur: «Merac gecəsi «Sidrətul-müntəhadan» keçəndə Allah tərəfindən xitab gəldi «Ey Mühəmməd, qızı olanlara de: «Bu yeni fidanlara görə qəmkin və dilxor olmasınlar. Mən necə yaratmışamsa, eləcə ruzilərini də verərəm».

16. Altıncı İmam (ə) buyurur: «Qız gözəldir, oğlan nemətdir. Gözəlliyin savabı var, nemətin hecabı!»

17. Biri Həzrət Sadiqə (ə) şikayət edərək deyirdi: «Mənim bir neçə qızım var». Həzrət buyurdu: «Elə bil ki, ölməklərini gözləyirsən! Buil ki, onların ölümlərini arzulasan və onlar ölsələr, qiyamət günü heç bir savabın yoxdur, əməlinin günahını Allahdan görərsən».


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin