AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə52/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   48   49   50   51   52   53   54   55   ...   151
Elçilik zamanı diqqətli olun
Kişinin qadına elçi getməsi ailə səadətinə qovuşmağın birinci mərhələsidir. Oğlan və qız həmin anda qarşılıqlı həyatın əsasını qoyur. Buna görə elçilik mərasimi hər cür bər-bəzəkdən uzaq olmalı, oğlan və qızın böyükləri və yaxud onların özü bir-birinin əxlaqının xüsusiyyətlərini öyrənməlidirlər. Bu mərasim kor-koranə və yaltaqcasına olmamalıdır. Həmin məsələyə olan maraq nə qədər dəqiq olarsa gözlənilməz təhlükə və gələcəkdə baş verə biləcək çətinlikləri aradan qaldırılar. Məsum İmamlarımız və xüsusilə Peyqəmbər haqqında bu bairədə maraqlı söhbət və məlumatlar mövcuddur. Həmin qısa söhbətlərdən bir neçəsinə nəzər salaq. Hədisddə deyilir ki, Peyqəmbər özünün və başqalarının evlənmə mərasimlərində çox ehtiyatla hərəkət edərdi. Özü tərəf müqabili tanımadığından əlavə bu məqsədlə ağıllı və zirək bir qadından da istifadə edirdi. Ona belə sifariş verirdi. Qadının boynunu iylə. Əgər onun boynunun iyi yaxşı olarsa o qadın ətirli və gözəl qoxulu olacaqdır. Həmçinin həmin qadının ayaqlarının üz hissəsinə diqqət yetir. Çünki ayağı həmin yerinin böyük və ətirli olması daxili və cinsi ləzzətlə bir başqa mütanasibli təşkil edir.

İmam Sadiqin digər hədisində oxuyuruq: «Bir şəxs o Həzrətdən soruşur: «Bir qadınla ailə qurmaq istəyən şəxs dərhal onunla təmasda olub və onun üzünə, arxasına baxa bilər?» Həzrət buyurdu: «Heç bir manesi yoxdur. Əgər onunla evlənmək qəsdi varsa, adı çəkilən yerlərə baxa bilər». Bu hədisdən başqa həmin məzmuna yaxın olan on hədis nəql edilib. Həmin hədislərdən də məlum olur: «Elçiliyi sadə bir hal kimi qiymətləndirməyin böyük dəqiqlik və zərifliklə bir-birinizin xüsusiyyətlərini öyrənin. Bu üsul hər iki tərəfin bəhanələrini kəsər. Bütün ömürləri boyu onlar bir-birinə etiraz edib bəhanə gətirə bilməzlər».



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin