AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu


İZDİVAC VƏ TƏLAQ MƏSƏLƏSİNDƏ VASİTƏÇİLİK



Yüklə 1,14 Mb.
səhifə57/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   53   54   55   56   57   58   59   60   ...   151
İZDİVAC VƏ TƏLAQ MƏSƏLƏSİNDƏ VASİTƏÇİLİK
Tərəflər arasında izdivac işində buna şərait yaratmaq və razılıq əldə etmək məsələsində vasitəçilik etmək müstəhəbbdir.

1. Həsən ibn Salem deyir: «Həzrət ibn Musa Cəfər (ə) yazdığı məktubda bibisindən xaiş etdi ki, səndən olan filan malı (şeyi) Mühəmməd ibn Cəfərin əyanlının mehriyyəsinə kömək üçün göndər». Məktubu həmin xanıma təqdim edən kimi oxudu və dərhal o malı mənə verdi.

Məktubun mətni belə idi: «Qiyamət günü Pərvərdigarın elə bir kölgəsi vardır ki, Peyqəmbərdən, onun hamisindən, ya mömin bir qulu azad edən, ya bir mömin bəndənin borcunu ödəyən, ya qadını olmayan birv mömini evləndirən şəxslərdən başqa heç kəs ondan faydalana bilməz».

2. İmam Sadiq (ə) Əhvaz hakimi Nəcaşiyə yazdı: «Hər kəs özünün mömin qardaşını, tənhalığının munusi, həyatının köməkçisi və rahatlığının əsas olan bir qadınla evləndirsə, Allah ona bir behişt hurisi əta edəcək və onu çox sevdiyi Peyqəmbərin pak əhli-beyti və onunmömin qardaşları şəxslərlə munis edəcək və onlarla dostlaşdıracaqdır».

3. Əli (ə) buyurmuşdur: «Ən böyük oğurluq hökmdarın dilini oğurlamaqdır (yəni, kimsə onun sözündən öz xeyrinə istifadə edir), ən böyük günh müsalmanın malına təcavuz etmək və ən yaxşı vasitəçilik evlənmək məsələsindəki vasitəçilikdir».

4. Yenə İmam Sadiq (ə) buyurub: «Qiyamət günü dörd qisim adam Pərvərdigarın diqqət mərkəzindədir: 1. Peşman olub aldığın malı geri qaytarsan; 2. Bir ürəkdən kədəri silən; 3. Bir qulu azad edən; 4. Bir subayı evləndirən kəslər».

5. Yeddinci İmam (ə) buyurub: «Qiyamət günü ərşin pənahında başqa başının üstündə heç bir kölgə olmayan üç qisim şəxs ilahi asimanın altındadır: 1. Müsalman qardaşını evləndirən kəs; 2. Onun üçün bir xidmətçi tapan; 3. Qardaşının sirrini faş etməyən şəxs».

6. Peyqəmbər (s) buyurmuşdur: «Ər-arvadı bir-birindən ayıran kəs bu dünyada və axirətdə Allahın qəzəbinə və lənətinə düçar olar».



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin