«Xeyir işə» tələsmək
Xulavəndi-Mütəal mənafeyinə xidmət edən bir çox xüsusiyyətləri cəmləşdirmişdir. Bu xüsusiyyətlərdən biri «özünü istəmək», «özünü bəyənmək»dir ki, onun vasitəsi ilə öz mənafeyini qoruyur və özü üçün zərərli hesab edən amillərdən uzaq olmağa çalışır. Maddi mənafeyi güdmək insan üçün asan və cəlbedici olduğuna görə o sahəyə daha çox rəğbət bəsləyir və meyl göstərir. Mənəvi və uxrəvi mənafeyə gəldikdə isə bu sahə insanlar üçün bir vo qədər də aydın olmadığına görə onlar bu kimi məsələlərə bir o qədər də əhəmiyyət vermir və ona laqeyd münasibət göstərirlər.
Müqəddəs İslam dini, Qurani-şərif insan mənəviyyatında olan bu kimi çatəşmamazlığı və nöqsanı aradan götürmək üçün insanları ayıq-sayıq olmağa çağırır və mənəvi mənafeylərini qorumağa və zənginləşdirməyə çalışır.
Qurani-şərif «Ali-İmran» sürəsinin 133-cü ayəsində buyurur: «Tələsin Rəbbinizin məğfirətinə yaxşı əməllərinizlə aqibətinizi də xeyirli və uyurlu edin».
Gördüyünüz kimi bu ayədə Allah-Təala insanları axirətdə şəfaətə və məğfirətə nail olmaq üçün xeyir işlər görməyə sövq edir və tələsdirir. Buna görə də irfan sahibləri bilirlər ki, insanların ali və şərəfli vəzifələrindən biri ailə quruculuğu kimi müqəddəs bir işdir, onun üçün də xalqı bu cür xeyirli bir işə təhrik edir və tələsməyə məsləhət bilirlər. Təsadufi deyil ki, el arasında deyərlər: «Xeyir işi təxirə salmq olmaz».
İmam Sadiq (ə) buyurur: «Mömin insanın səadəti üçün necə amil mövcududdur: 1. Geniş ev-eşik; 2. Xoş xislətli qadın və saleh övlad».
Bu hədisin bəyanında görürük ki, qızları münasib fürsət düşən kimi xeyir-dua verib, təzvic etmək lazımdır. Bu həm özlərinin, həm də valideyinlərinin xeyrinədir. Çünki izdivac həddinə çatan qız evdə qaldıqca bir sıra problemlər ortaya çıxır, vaxt ötdükcə onların üzərində valideyinlərin nəzarəti və məsuliyyəti artır, onların dərd-səri başqa problemləri üstəliyir. Eyni zamanda ailədə təşviş və nigarançılıq artır, tərəddüd və şübhə, bəzən bədbinliyə də gətirib çıxarır. Belə hallarda həya və isməti qorumaq istər valideyn, istərsə də qızlar üçün səbir və təmkin tələb edir.
Dostları ilə paylaş: |