AiLƏ quruluşu tərcümə edini: Əlibala Hacızadə I cild bakı-1998 Kitabın adı: İslamda ailə quruluşu



Yüklə 1,14 Mb.
səhifə62/151
tarix10.01.2022
ölçüsü1,14 Mb.
#107585
1   ...   58   59   60   61   62   63   64   65   ...   151
IZDIVAC-İMAN VƏ ƏXLAQ ƏSASINDA
Əgər bu kişinin qismətində xoşxislət, ləyaqətli bir qadın düşürsə, o kişi üçün bundan böyük və gözəl ilahi nemət ola bilməz. Bu nemət ailə səadəti, övlad tərbiyəsi, xoş güzaran və əhvali-ruhiyyə üçün ən mühüm atributdur.

Bunu da yadda saxlamaq lazımdır ki, evlənmək, ailə qurmaq, ev tikmək, onu təmir etmək və ya lazım gəldikdə o evi dəyişmək kimi sadə bir məsələ deyil və yaxud gözəl bir rəsm əsəri deyil ki, o mənzərəyə tamaşa etməklə kifayətlənəsən. Kişi qadın ilə evlənərkən ömürlük olaraq birgə həyat yaşamaq nəzərdə tutulur. Kişi ev işlərini, ailə büdcəsini və övlad tərbiyyəsini ona etibar edir, ev bütünlüklə demək olar onun ixtiyarında olur. Onun üçün də izdivaca girməzdən əvvəl ciddi surətdə düşünməli, Allaha pənah aparmalı, ondan kömək diləməlidir ki, ona saleh və ləyaqətli ömür-gün yoldaşı nəsib eləsin. Əvvəlcə valideyinlərlə və ya aqil, ağsaqqal və dindar adamlarla məsləhətləşib evlənmək yaxşıdır, nəinki zahiri əlamətlərə uyub, şəhvani hisslərinin əsiri olmaq. Çünki qadının isməti, əxlaqı, ailə üzvləri ilə davranma qabiliyyəti və evdarlıq bacarığı və Allaha yaxın olmağı bütün gözəlliklərin fövqündə durur.

Bir nəfər dindar şəxs nəql edir ki, izdivac həddinə çatmış bir qızı vardı, onun münasib bir kişiyə ərə verməkdən ötrü çox təlaş və həyacan keçirirdi.

Beləliklə də izdivacdan ötrü ən ümdə şərt həyat yoldaşının ləyaqəti, mərifət, əxlaqı və dinəolan münasibəti əsas götürülür.

İmam Baqir (ə) buyurur: «Bir nəfər Həzrət Rəsuli-Əkrəmin huzuruna təşvif gətirdi və izdivac məqsədi ilə ondan xeyir-dua və məsləhət istədi. İslam Peyqəmbəri ona buyurdu: «Əgər evlənmək istəyirsənsə təqva və dəyanət olan bir qızla evlən».


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin