Həyat yoldaşı secməkdə ehtiyatlı olmaq
İslam dini evlənərkən qız seçməkdə olduqca ehtiyatlı və məsuliyyətli olmağı məsləhət bilir. Çünki kişinin qadınla əqdi oxunduğu anda etibarən onlar bir-biri ilə sanki zəncirlə bağlanmış olurlar. Bu zəncirin nə dərəcədə möhkəm olub-olmamağıa tam əmin olmadan ailə qurmaq öz bəhrəsini verməz.
Həzrət Rəsul (s) buyurur: «Qızın valideyinləri bilməlidirlər ki, ərə verməklə qızını kmin ixtiyarına qoyurlar. Həmçinin oğlanın da atası izdivacdan qabaq düşünüb-daşınmalıdır ki, öz oğlunu kim ilə və kimlərin qızı ilə evləndirir».
Dostları ilə paylaş: |